Prosineçki hava limanında əsəbiləşdi

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Qətərlə oyundan qayıtdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanını əsəbi tərk edib. Buna xorvatiyalı mütəxəssisin müsahibə üçün tərcüməçisi Aydın Rüstəmovu uzun müddət gözləməsi səbəb olub. 

Tərcüməçisinin gəlməsini gözləyən Prosineçkinin gözləri yolda qalıb. Bu müddətdə baş məşqçi siqaret çəkib, köməkçiləri ilə söhbətləşib, ona yaxınlaşan sadə insanlarla şəkil çəkdirib. 15 dəqiqədən çox gözlədikdən sonra Prosineçki tərcüməçisiz danışmasının qeyri-mümkünlüyünü bildirərək, əhvalı pozulmuş vəziyyətdə xidməti avtomobilinə tərəf yollanıb. 

Qeyd edək ki, Azərbaycan millisi Qətərə 2:1 hesabı ilə qalib gəlib. Sportnet

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31