Uşaq Filarmoniyasının Sankt-Peterburq şəhərində
Mart ayının 14 – də Rusiyanın Sankt - Peterburq şəhərində «Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyat» şəhər ictimai birliyinin hər il Novruz bayramı ərəfəsində keçirdiyi xeyriyyə tədbiri bu il də qeyd olunacaq.Keçiriləcək tədbirdə ölkəmizi bu dəfə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı təmsil edəcək.
10 Mart 2017 14:55 MədəniyyətMart ayının 14 - də Rusiyanın Sankt - Peterburq şəhərində "Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyat" şəhər ictimai birliyinin hər il Novruz bayramı ərəfəsində keçirdiyi xeyriyyə tədbiri bu il də qeyd olunacaq.Keçiriləcək tədbirdə ölkəmizi bu dəfə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı təmsil edəcək. Filarmoniyadan "Olaylar" - a bildirilib ki, tədbiri keçirtməkdə məqsəd vətəndən kənarda yaşayan həmvətənlərimizin milli-mədəni dəyərlərimizi unutmaması, onları gələcək nəsillərə ötürməsi, eyni zamanda xarici vətəndaşlara mədəniyyətimizin zənginliyi və gözəlliyini göstərməkdi.