Sürücülərə qarşı reyd - Sərnişinlər endirilir - VİDEO
Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra "20 Yanvar" dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub.
10 Mart 2017 15:27 SosialÖtən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra "20 Yanvar" dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub. Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və sərnişinlər mikroavtobuslardan aşağı endirilib. Xatırladaq ki, ötən gün baş verən qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanmışdı. Qafqazinfo.az