Gündəm

Sülh Platforması dövlət rəsmilərini müharibə çağırışlarına son qoymağa çağırıb

10 Mart 2017 16:04

Ermənistan-Azərbaycan Sülh Platforması dövlət rəsmilərini çıxışlarında müharibə çağırışlarına son qoymağa çağırıb. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə “Frans-Press” Agentliyinə (AFP) açıqlamasında əksini tapan müharibə ritorikası Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada bilər.

Qadağalar aradan qalxdı

10 Mart 2017 16:03

Rusiyanın baş naziri Medvedevlə türkiyəli həmkarı Binəli Yıldırım arasında ötən gün  telefon görüşməsi olub. Danışıqlar zamanı Türkiyədən Rusiyaya idxal olunan bəzi tərəvəzlərin idxalının qadağısının aradan qalxması ilə bağlı olub. “Olaylar” “Huriyyət” - ə istinadən bildirir ki, bəzi tərəvəz bitkilərinə qoyulan qadağa  yalnız 4 bitgi də aradan qalxdı. Pomidor və üzümün idxalına isə hələ də qadağa var.

"İbtidai siniflərdə ev tapşırığı verilməməlidir" - NAZİRLİK

10 Mart 2017 16:01

Təhsil Nazirliyi ibtidai sinif şagirdlərinə verilən ev tapşırıqları ilə bağlı valideynlərin şikayətlərinə münasibət bildirib.  Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov açıqlamasında valideynlərin şikayətlərinin bir çox hallarda haqlı olduğunu söyləyib: "Valideynlər şikayət edirlər ki, ibtidai sinif şagirdlərini ev tapşırıqları ilə yükləyirlər. Onlar haqlıdırlar. Əslində, ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. 1-ci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir. Yuxarı siniflərdə də ev tapşırığı elə olmalıdır ki, uşaq evə gələndə sevinclə gözləsin ki, bir az istirahət edib, ev tapşırığını edim. Bu, ona sevinc gətirsin".

Azərbaycanda sosial problemlərin həlli daha da sürətləndiriləcək

10 Mart 2017 15:58

Martın 9-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk müşavirə keçirildi. Müşavirə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olundu. Əslində, ilk toplantının sosial sahəyə aid bəzi məsələlərə, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə həsr ediləcəyi gözlənilən idi. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi 10 ildən çoxdur əsas diqqətini məhz sosial problemlərin həllinə yönəldib.

Sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər...

10 Mart 2017 15:53

XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir tarixi mərhələ başladı. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən xalqımız bu gün öz taleyinin sahibinə çevrilib. Eyni zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdı.

Pensiya üçün yaş həddı 65-ə qaldırıldı

10 Mart 2017 15:51

Milli Məclisin martın 7-də keçirilən plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən vitse-spiker Bahar Muradova bildirib ki, dəyişiklik layihəsində qeyd olunub ki, internet informasiya ehtiyatı üçün domen adı ".az" ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. ".az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir.

“Bakı Metropoliteni” işçi axtarır

10 Mart 2017 15:49

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, maraqlanan şəxslər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. Müraciət üçün son mart ayının 31-I müəyyən edilib

Azərbaycan və Fransa arasında hərbi əlaqələr müzakirə edilib

10 Mart 2017 15:48

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin güclənməsinə xidmət edən görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

AzTU-da qanvermə aksiyası keçirilib

10 Mart 2017 15:46

Azərbaycan Texniki Universitetdə qanvermə aksiyası keçirilib. Universitetdə fəaliyyət göstərən bütün işçilər, o cümlədən tələbələr qana ehtiyacı olan insanlara kömək məqsədilə könüllü olaraq qan veriblər.

Dini Komitədə Amerikadan gələn nümayəndə heyəti ilə görüş keçirilib

10 Mart 2017 15:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən, antisemitizmə və islamofobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, DQİDK-nın sədri Mübariz Qurbanlı qonaqlara Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verib.

Deputat: “Qəlyanın içinə uyuşdurucu xarakterli maddələr atırlar ki…”

10 Mart 2017 15:43

"Bu gün gənclərimizi zəhərləyən və kütləvi şəkildə yayılan təhlükəli viruslardan biri də ayrı-ayrı çayxanalarda, kafelərdə, restoranlarda təklif olunan sulu qəlyanlardır. Xüsusilə də, gənclərin orqanizmi üçün yeni xəstəliklərə rəvac verən qəlyan çəkmə vərdişinə alışdırmaq kimi məqsədyönlü fəaliyyət göstərən şəbəkənin də olduğunu açıqca söyləmək olar”. “Olaylar” xəbər verir ki. bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

ƏƏSMN Şəmkir rayonunda 3 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinə təqdim etdi

10 Mart 2017 15:42

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəmkir rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Nazir müavini: “Vikipediyada o qədər təhriflərə yol verilir ki...”

10 Mart 2017 15:39

Milli Məclisdə vikipediya internet ensiklopediyasına nəzarətlə bağlı məsələ qaldırılıb. “Olaylar” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı bildirib ki, vikipediya internet resursunda Azərbaycanla bağlı məlumatlar təhrif edilir. O, bu sahəyə nəzarətin vacib olduğunu qeyd edib: “Azərbaycan əraziləri, şəxsiyyətləri ilə bağlı məlumatlar təhrif edilir.

Deputat: “Qadınların pensiya yaşı ən yaxşı halda 63-ə qaldırılsın”

10 Mart 2017 15:37

“Əmək pensiyaları haqqında”qanuna edilən dəyişikliyə əsasən Azərbaycanda pensiya üçün yaş həddinin 65-ə qaldırılması millət vəkillərinin narazılığına səbəb olub. Millət vəkili Əli Məsimli də dəyişikliklərdə bəzi narahatlıq doğuran məsələlərin olduğunu bildirib. Deputat təklif edib ki, qadınların pensiya yaş həddi ən yaxşı 62 və ya 63-ə qaldırılsın: “Çünki bu gün çoxları gözünü pensiya puluna dikib”. Deputat Xanhüseyn Kazımlı da qadınların pensiya yaş həddinin 65 yaş tutulmasını bir o qədər düzgün saymayıb: “Mən qadınların pensiya yaş həddinin kişilərin pensiya yaş həddinə bərabər tutulmasından narahatam”.

“Ana və uşaqların sağlamlığının qorunması” proqramı çərçivəsində tədbir

10 Mart 2017 15:32

Respublika Perinatal Mərkəzində “Ana və uşaqların sağlamlığının qorunması” proqramı çərçivəsində tədbir kecirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, Mamalığın ən aktual məsələsi olan qanaxmaların profilaktikası, diaqnostikası, müayinəsi və müalicəsinə həsr olunmuş müzakirələr və məruzələr dinlənilib. “ Mamalıq qanaxmaları – sübutlu təbabət baxımından yeni yanaşmalar” mövzusu ilə Azərbaycan Tibb Universitetinin professoru Maqalov İslam cıxış edib.