Gündəm
Krımda Müşfiqin həyat yoldaşının öz imzası ilə bağışladığı kitab tapılıb
Krımda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin öz imzası ilə bağışladığı kitab tapılıb.
Nazir müavini: “Bütün pensiya məbləği indeksləşdiriləcək”
“Pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə “Əmək pensiyaları haqqında” qanuna dəyiklik layihəsinin müzakirəsi zamanı deyib.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müsabiqə üzrə vakant vəzifələr əsasən rayon (şəhər) icra və qeydiyyat qurumlarındadır. Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün namizədin Nazirliyə müvafiq elektron ərizə ünvanlaması kifayətdir.
12 dini icmaya maliyyə yardımı ayrılıb
Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub.
Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə əlaqədar olaraq müşavirə keçirilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə yerli icra hakimiyyətlərinə konkret verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə müşavirə keçirilib.
Fərman Kərimzadə - 80
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə mart ayında 10-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində yazıçı, nasir Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, tədbirdə kinorejissor, ssenarist Şeyx Əbdül, əməkdar artist, aktyor Elxan Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, Şadlinski nəslinin nümayəndəsi Eşqin Şadlinski, İdarənin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Daxili Qoşunların hərbi qulluqçuları təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Ərdoğan: "Putinlə regional problemləri müzakirə edəcəyik" - YENİLƏNİB
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. V.Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər.
"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."
"Bəlkə bu gün getməyəsiz? Hələ yaraları təzədir, sizi görüb daha da pis olarlar". Biz Sumqayıt Dövlət Universitetinə çatanda mühafizəçilərlə tanımadığımız bir şəxs arasında bu dioloq gedirdi. Sonradan bildik ki, həmin adam dünən qəzaya səbəb olan mikroavtobusun sürücüsünün qohumudur və ölən tələbələrin yas yerlərinin dəqiq ünvanını öyrənməyə gəlib. Sən demə, qəzadan sonra həbs olunan sürücünün ailəsi ölən tələbələrin yas mərasimlərinə getmək istəyir.
Prezident İlham Əliyev Ədalət Hüseynovu təltif edib
Prezident İlham Əliyev Ə.A.Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib
Martın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” proqramı çərçivəsində ilk tədbir keçirilib.
Magistratura imtahanlarının vaxtı məlum olub
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura imtahanlarının vaxtı məlum olub.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Ermənistana Saakaşvili kimi prezident lazımdır" - Ohanyan
"Gürcüstanda Mixail Saakaşvilinin etdiyi radikal dəyişiklikləri Ermənistanda da etmək lazımdır". Bunu Ermənistanda parlament seçkilərinin təşviqat-təbliğat kampaniyası çərçivəsində vətəndaşlarla görüşündə "Оhаnyan-Raffi-Oskanyan" blokundan deputatlığa namizəd, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
Bakıda DTX və polis xüsusi əməliyyat keçirdi
Bakıda Dövlət Təhlükəsizlik Xidməti (DTX) və polis əməkdaşları birgə əməliyyat keçirib. Ceyhun Hacıbəyli 11 ünvanında (köhnə "Qarabağ" mehmanxanası yaxınlığında) olan ünvanda axtarış aparılıb. Məlum olub ki, müəyyən dini təriqətə aid sakinlər bura toplaşaraq ibadət edirlər, lakin həmin yer dini qurumların siyahısında qeydiyyatda olmayıb.














