Prezident İlham Əliyev Ədalət Hüseynovu təltif edib

Prezident İlham Əliyev Ə.A.Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Ə.A.Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin". AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31