12 dini icmaya maliyyə yardımı ayrılıb

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub.

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasında 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan Səyyad Salahlı maliyyə yardımı ayrılmış layihələrin İslam həmrəyliyinə həsr olunduğunu bildirib. Komitə sədrinin birinci müavini, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib. Maliyyə yardımı almış dini icmaların sədrləri tədbirdə çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə dindarlar adından təşəkkürlərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31