Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə əlaqədar olaraq müşavirə keçirilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə yerli icra hakimiyyətlərinə konkret verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə müşavirə keçirilib.
10 Mart 2017 16:34 SiyasətAzərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə yerli icra hakimiyyətlərinə konkret verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə müşavirə keçirilib. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, müşavirədə çıxış edən Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fikirlərini çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirəsində yerli icra hakimiyyətlərinə tapşırıqlar verilib və bu tapşırıqların müsbət şəkildə həll edilməsi istiqamətində konkret təkliflər hazırlanıb. Daha sonra müşavirədə səslənən məsələlər ətrafında müzakirələr aparılıb və təkliflər irəli sürülüb. Xaləddin İsgəndərov müşavirəyə yekun vuraraq, müşavirənin icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə xüsusi işçi qrupunun yaradılması, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri arasında ərazilər üzrə bölgü aparılması barədə, habelə müzakirə olunan digər məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.