Gündəm
Almaniyada vağzalda hücum - Yaralılar var
Almaniyanın Düsseldorf şəhər vağzalında hücum baş verib. Naməlum şəxsin hücumu nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanların İtaliya vətəndaşları olduqları barədə məlumat verilib.
Bu da 7 nəfərin öldüyü helikopterin QƏZA ANI - VİDEO
İstanbul Büyükçekmecede teleqülləyə çırpılan helikopterin qəza anının görüntüləri ortaya çıxıb.
Nardaran hadisələri ilə bağlı məhkəmə davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prezident İlham Əliyev: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut edib"
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuska təbrik məktubu göndərib.
Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdı, bu dəfə...
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün növbəti iclası keçirilib. Bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib. Onun sözlərinə görə, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb: "Hələ müraciətlərə baxılır".
"Rəqibimiz zəif komanda deyildi"
Qətərlə yoldaşlıq görüşündə Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra millimizin üzvləri fikirlərini AFFA-nın saytı ilə bölüşüb.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
İstanbuldan qəlyan üçün 80 kq tənbəki gətirən azərbaycanlılar Kiyevdə saxlanılıblar
Kiyevdə gömrük işçiləri iki Azərbaycan vətəndaşının qanunsuz yolla Ukraynaya qəlyan üçün 80 kq-dan çox tənbəki gətirməyə cəhd göstərdiyini aşkarlayıb.
Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi vaxt açıqlanıb
Azərbaycanda Həcc ziyarətinə getmək üçün indiyədək 250 nəfər sənəd verib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, sənədlərin qəbulu may ayının ortalarına kimi davam edəcək.
“Teatr heyrətləndirməyi hər zaman bacarmalıdı”
Martın 10-da Teatr Xadimləri İttifaqında “Zaman və Teatr” adlı elmi – praktik konfrans keçirildi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev 144 illik inkişaf yolu keçən teatr ömrünə nəzər salaraq, bu günə qədər əldə olunan uğurlardan bəhs etdi. 144 illik yaşam yolu keçən Azərbaycan teatrı təbii ki, bu illər ərzində enişli – yoxuşlu, uğurlu – uğursuz yollardan keçib.
“Hökumətlə görüş” mövsusunda tədbir keçirilib
"Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşı "Region” Beynəlxalq Analitik Mərkəz Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə "Vətəndaş Cəmiyyətinin bacarıqlarının inkişafı layihəsi” çərçivəsində 3 Mart 2017- ci il "Hökumətlə görüş” mövsusunda tədbir həyata keçirib.
Deputat: “Məktəbəqədər təhsillə bağlı ciddi problem var”
“Bölgələrdə məktəbəqədər təhsillə bağlı ciddi problem var”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib. Deputat vurğulayıb ki, qanunun qüvvəyə minməsi problemləri aradan qaldıra bilər: “Hesab edirəm ki, qanunun qısa zamanda problemlərin həllini sürətləndirə bilər”. Qeyd edək ki, daha sonra qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul edilib. Üçüncü oxunuş müzakirəsi isə apreldə keçiriləcək.
Hansı ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulacaq?
Milli Məclisin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni hazırlanan qanun layihəsi müzakirəyə çıxarılıb.
Keçmiş məhkumdan 9 kq marixuana götürülüb
Salyan rayon sakinlərindən narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əfqan Rüstəmovdan 455 qram marixuana götürülüb. Bundan başqa Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Həsənovun evinə baxış zamanı 0,43 qram çətənə kolu, 9 kiloqram 110 qram marixuana və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.
Xəzərdə qayıq çevrilib, FHN helikopteri batmaq təhlükəsi ilə üzləşən balıqçıları xilas edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.














