İstanbuldan qəlyan üçün 80 kq tənbəki gətirən azərbaycanlılar Kiyevdə saxlanılıblar
Kiyevdə gömrük işçiləri iki Azərbaycan vətəndaşının qanunsuz yolla Ukraynaya qəlyan üçün 80 kq-dan çox tənbəki gətirməyə cəhd göstərdiyini aşkarlayıb.
10 Mart 2017 17:05 KriminalKiyevdə gömrük işçiləri iki Azərbaycan vətəndaşının qanunsuz yolla Ukraynaya qəlyan üçün 80 kq-dan çox tənbəki gətirməyə cəhd göstərdiyini aşkarlayıb. Ümumilikdə toplam çəkisi 81,5 kq olan 163 tütün bağlaması ələ keçirilib.
Azərbaycanlılar İstanbuldan Kiyevin "Borispol" hava limanı vasitəsilə Xarkova gedirmişlər.
İndi məhkəmə gömrük bəyannaməsində göstərilməyən malları Ukrayna ərazisinə keçirməyə cəhd göstərdiyinə görə azərbaycanlılar barəsində müvafiq qərar qəbul edəcək. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31