Gündəm
“Samsung” şirkəti “Galaxy S8” və “S8+” smartfonlarında “Infinity Display” adlı yeni ekrandan istifadə edəcək
Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarına hazırlanmış yeni displeylər üçün patenti qeydiyyatdan keçirib. “Samsung”un qabaqcıl modelləri üçün hazırlanmış yeni displeylər “Infinity Display” adlandırılıb.
Beyin siqnalları robotların səhvlərini düzəldəcək
Massaçusets Texnologiya Universiteti və Boston Universitetinin alimləri tərəfindən bəzi əməliyyatların yerinə yetirilməsi vaxtı səhvlərə yol verən robotlara insan beyninin düzəldici siqnallarını göndərmək üsulu tapılıb. Belə imkan sayəsində gələcəkdə xüsusi interfeyslə təchiz edilmiş və robotun işini müşahidə edən insan robot səhv etdikdə ona düşüncənin gücü ilə nə etmək lazım olduğunu bildirəcək.
Çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-180, Kiçik Qafqazın çaylarında 210-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-210 faizini təşkil edir.
679 nəfərə böyrək köçürülüb
Mart ayının 10 - u Ümumdünya Böyrək Günü kimi qeyd edilir. Dünyada bu gün böyrək xəstəlikləri ilə mübarizə bir daha qabardılır, bu istiqamətdə görülən işlər barədə məlumat verilir. Səhiyyə Nazirliyindən “Olaylar” –a bildirilib ki, Azərbaycanda böyrək xəstəlikləri ilə mübarizə sahəsində ciddi addımlar atılır.
Əhvalınızı bir anda düzəldəcək 4 ADDIM
Həyat enerjinizin tamamilə tükəndiyini hiss etdiyiniz bəzi günlər var. Bir an əvvəl bitsin istədiyiniz, xəyal gücünüzün belə sizi tərk etdiyi, kimsəyə tab gətirə bilmədiyiniz o günlər... Bax, o günlərdə əhvalınızı müsbətə doğru dəyişdirmək üçün Aile.lent.az-ın bu məsləhətlərinə əməl edin.
Bu saatlarda qəhvə içmək olmaz!
Son aparılan araşdırmaya görə, qəhvəni xüsusi ilə günorta saatlarında içmək faydalıdır. Çoxları səhərlər enerjili olmaq üçün qəhvə içməyə üstünlük verir. Lakin araşdırmalar əksini göstərir.
Putin: "Moskva terrorçular haqqında məlumatların Ankara ilə mübadiləsində maraqlıdır"
"Rusiya güc strukturları türkiyəli həmkarları ilə terrorla əlaqəsi olan şəxslərin mübadiləsində maraqlıdır". Bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.
Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üzrə hərtərəfli müzakirələr tezliklə başlamalıdır”
"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.
Türkiyə prezidenti: "Rusiyada FETO ilə əlaqədə olanlar haqqında lazımi addımlar atılacağına inanıram"
"FETO terror təşkilatı ilə mübarizəyə nə qədər önəm verdiyimiz məlumunuzdur. Bu mövzuda göstərdiyini həssaslığa görə sizə təşəkkürümü bildirirəm".
Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib
"Bu gün Rusiya prezidenti Vladimir Putinlə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələrimizi bölüşdük. Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür”.
Mesajlar ələ keçdi - İstanbulda terrorun qarşısı alındı
Terrorla Mübarizə İdarəsinin əməkdaşları İstanbulda terror əməliyyatı həyata keçiriblər. Əməliyyat qrupuna PKK-nın İstanbulda bombalı avtomobillə və ya "canlı bomba"yla hücum planı haqda məlumat daxil olub.
“İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların adları açıqlanıb
AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri açıqlanıb. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilən monitorinq Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” 14 mart 2016-cı il tarixli sərəncamına əsasən aparılıb. Direktorlar Şurasının iclasında AMEA prezidenti, akademik Akif Əlizadə müasir dövrdə veb-saytların geniş imkanlara malik olduğunu bildirib. “Azərbaycan elminin ümumdünya informasiya məkanına uğurlu inteqrasiyasında vacib rol oynayan amillərdən biri məhz elmlə bağlı informasiya təminatının gücləndirilməsidir” – deyə qeyd edən AMEA rəhbəri bu baxımdan elmi fəaliyyətin yüksək səviyyədə təbliği, müxtəlif elm sahələri üzrə elektron informasiya resurslarının yaradılması və inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Ərdoğandan Rusiyaya çağırış: "Aviareysləri artıraq"
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiya arasında aviareyslərin sayının artırılmasına çağırıb.
Putin Türkiyəyə səfər edəcək?
Rusiya Prezidentinin Türkiyəyə səfəri gözlənilir. Bu gün Moskvada Rusiya və Türkiyə prezidentləri arasında keçirilən görüş zamanı Rəcəb Tayyib Ərdoğan Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.
Hesablama Palatası Ağcabədidə nöqsanlar aşkarladı
Hesablama Palatasının Kollegiya iclasında 1 aprel 2015-cı il – 1 oktyabr 2016-cı il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib.“Olaylar”ın məlumatına görə, audit olunan dövr ərzində şöbənin “Yığım” hesabının mədaxili 52 milyon 705 min 720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52 milyon 801 min 428 manat olub.














