Çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-180, Kiçik Qafqazın çaylarında 210-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-210 faizini təşkil edir.
10 Mart 2017 19:20 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-180, Kiçik Qafqazın çaylarında 210-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-210 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət - martın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 230 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 270 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 99 m3/s təşkil edərək ongünlük normanın 120 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət - martın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 2, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.