“Teatr heyrətləndirməyi hər zaman bacarmalıdı”

Martın 10-da Teatr Xadimləri İttifaqında “Zaman və Teatr” adlı elmi – praktik konfrans keçirildi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev  144 illik inkişaf yolu keçən teatr ömrünə nəzər salaraq, bu günə qədər əldə olunan uğurlardan bəhs etdi. 144 illik yaşam yolu keçən Azərbaycan teatrı təbii ki, bu illər ərzində enişli – yoxuşlu, uğurlu – uğursuz yollardan keçib.  

Martın 10-da Teatr Xadimləri İttifaqında "Zaman və Teatr" adlı elmi - praktik konfrans keçirildi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev  144 illik inkişaf yolu keçən teatr ömrünə nəzər salaraq, bu günə qədər əldə olunan uğurlardan bəhs etdi. 144 illik yaşam yolu keçən Azərbaycan teatrı təbii ki, bu illər ərzində enişli - yoxuşlu, uğurlu - uğursuz yollardan keçib.  

Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərimizin önəm verdiyi sahələrdən biri mədəniyyət olub. Heydər Əliyevin apardığı uğurlu siyasəti davam etdirən İlham Əliyev 2013 - cü ildə imzaladığı fərmanla 10 martı rəsmi teatr günü elan etdi.  Bundan öncə cənab prezident 2006 - cı ildə teatrların inkişafına təkan vermək və teatrlarımızı qorumaq məqsədi ilə teatrlar haqqında qanun imzaladı. Bu gün teatrların inkişaf etdiyi bir neçə Avropa ölkəsində teatr qanunları fəaliyyət göstərmədiyi halda, Azərbaycanda artıq bu qanunlar qüvvədədi. 2007 - ci ildə teatrların maddi - texniki bazasının yaxşılaşdırılması, 2009 - cu ildə teatrlar üçün 10 illik  dövlət proqramının təsdiqi, teatr sahəsində düşünülmüş şəkildə aparılan islahatlar, teatr binalarının yenidən təmir olunması Azərbaycan teatrlarının inkişafında böyük rol oynadı.  Hal - hazırda nazirliyin qarşısında duran vacib məsələlərdən biri də Şuşa və İrəvan Dövlət teatrlarının binalarının təmiri məsələsidi.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimli "Zaman və teatr" adlı çıxışında teatrın zamansız və məkansız olduğunu bildirdi. "Azərbaycan teatrı ev sahibliyi və iştirak etdiyi beynəlxalq konfranslarda artıq dünyaya çıxır. Sumqayıt teatrının bina ilə təmin olunması nazirliyin apardığı uğurlu işlərdən biridi. Düşünürəm ki, Şuşa və İrəvan teatrlarının da bina məsələləri tezliklə həll olunmalıdı".

Teatrda yaradıcılıq baxımından bəzi problemlərə toxunan İlham Rəhimli vurğuladı ki, rejissorlar avtobioqrafiyaya əsaslanan əsərləri səhnəyə qoymaqdan çəkinməlidilər: " Bu gün Azərbaycan teatrında dramaturq problemi var. Heç bir teatr ağıllı dramaturqdan, sanballı əsərdən imtina etməz".

"Siyavuş Kərimin bu gün teatrda teatral musiqilər səsləndirməsi sevindirici hallardan biridi. Teatr heyrətləndirməyi hər zaman bacarmalıdı" - deyən,  İlham Rəhimli sonrada bütün teatr xadimlərini bu gün münasibəti ilə təbrik etdi.

Sonda bir neçə aktyor və aktrisalar Nazirliyin və İttifaqın mükafatları ilə təltif olundular. Pantonima Teatrının rəhbəri Bəxtiyar Xanızadə, Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova, Fidan Qasımova, Vaqif Əsədov, Sona Mikayılova, Səidə Quliyeva, Novruz Qartal, Mehriban Xanlarova, Məleykə Əsədova, Zülfiyyə Qurbanova, Sayya Gözəlova, Ülviyyə Rza və başqaları mükafatlandırıldılar.

NigarNigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31