Keçmiş məhkumdan 9 kq marixuana götürülüb
Salyan rayon sakinlərindən narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əfqan Rüstəmovdan 455 qram marixuana götürülüb. Bundan başqa Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Həsənovun evinə baxış zamanı 0,43 qram çətənə kolu, 9 kiloqram 110 qram marixuana və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.
10 Mart 2017 16:50 KriminalSalyan rayon sakinlərindən narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əfqan Rüstəmovdan 455 qram marixuana götürülüb. Bundan başqa Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Həsənovun evinə baxış zamanı 0,43 qram çətənə kolu, 9 kiloqram 110 qram marixuana və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.