AzTU-da qanvermə aksiyası keçirilib

Azərbaycan Texniki Universitetdə qanvermə aksiyası keçirilib. Universitetdə fəaliyyət göstərən bütün işçilər, o cümlədən tələbələr qana ehtiyacı olan insanlara kömək məqsədilə könüllü olaraq qan veriblər.

Azərbaycan Texniki Universitetdə qanvermə aksiyası keçirilib. Universitetdə fəaliyyət göstərən bütün işçilər, o cümlədən tələbələr qana ehtiyacı olan insanlara kömək məqsədilə könüllü olaraq qan veriblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, aksiyada iştirak edənlər müayinədən keçirilib, qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirildikdən sonra qan veriblər. Qan verən iştirakçılar daha sonra şirniyyat süfrəsinə dəvət olunublar. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Aksiyada iştirak edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov, Tədris hissə müdiri Zəkay Şayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov və Azərbaycan Qızıl Aypara Cəmiyyəti icra katibi Ceyhun Mirzəyev çıxışlarında aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini bildirərək qan verən universitet əməkdaşlarına, tələbələrə tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31