Deputat: “Qadınların pensiya yaşı ən yaxşı halda 63-ə qaldırılsın”

“Əmək pensiyaları haqqında”qanuna edilən dəyişikliyə əsasən Azərbaycanda pensiya üçün yaş həddinin 65-ə qaldırılması millət vəkillərinin narazılığına səbəb olub. Millət vəkili Əli Məsimli də dəyişikliklərdə bəzi narahatlıq doğuran məsələlərin olduğunu bildirib. Deputat təklif edib ki, qadınların pensiya yaş həddi ən yaxşı 62 və ya 63-ə qaldırılsın: “Çünki bu gün çoxları gözünü pensiya puluna dikib”. Deputat Xanhüseyn Kazımlı da qadınların pensiya yaş həddinin 65 yaş tutulmasını bir o qədər düzgün saymayıb: “Mən qadınların pensiya yaş həddinin kişilərin pensiya yaş həddinə bərabər tutulmasından narahatam”.

"Əmək pensiyaları haqqında"qanuna edilən dəyişikliyə əsasən Azərbaycanda pensiya üçün yaş həddinin 65-ə qaldırılması millət vəkillərinin narazılığına səbəb olub. Millət vəkili Əli Məsimli də dəyişikliklərdə bəzi narahatlıq doğuran məsələlərin olduğunu bildirib. Deputat təklif edib ki, qadınların pensiya yaş həddi ən yaxşı 62 və ya 63-ə qaldırılsın: "Çünki bu gün çoxları gözünü pensiya puluna dikib". Deputat Xanhüseyn Kazımlı da qadınların pensiya yaş həddinin 65 yaş tutulmasını bir o qədər düzgün saymayıb: "Mən qadınların pensiya yaş həddinin kişilərin pensiya yaş həddinə bərabər tutulmasından narahatam".


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31