Sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər...
XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir tarixi mərhələ başladı. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən xalqımız bu gün öz taleyinin sahibinə çevrilib. Eyni zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdı.
10 Mart 2017 15:53 SosialAzərbaycan modelinin dünya miqyasında təbliğ olunması baxımından vacibdir
XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir tarixi mərhələ başladı. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən xalqımız bu gün öz taleyinin sahibinə çevrilib. Eyni zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdı. Müstəqil araşdırmaçı Rövşən Əvəzoğlu deyir ki, Azərbaycan Respublikası müstəqil bir ölkə kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Cəmiyyətimiz dünyada sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik prinsiplər əsasında formalaşır: "Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi yükdür. Vətənimizdən kənarda on milyonlarla soydaşımız yaşayır. Azərbaycan Respublikası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların vahid vətənidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən qarşısında övladlıq borcunu hiss etməli, respublikanın qayğıları, problemləri ilə yaşamalı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında yalnız güclü, nüfuzlu və müstəqil Azərbaycan dövləti dayana bilər. Bu gün milyonlarla azərbaycanlı dünyanın müxtəlif ölkələrində toplumlar halında yaşayır. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə, elmin, mədəniyyətin inkişafına töhfələr verməklə yanaşı, həm də Azərbaycan xalqının, millətimizin milli-mənəvi dəyərlərini, dilini özündə yaşatmalı, onun tarixi, mədəniyyəti, mütərəqqi ənənələri ilə fəxr etməlidir. Hər bir azərbaycanlı fəxr etməlidir ki, o yaşadığı ölkənin layiqli vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycanı, onun mədəniyyətini, milli xüsusiyyətlərini təmsil edir". Araşdırmaçı bildirir ki, bu gün xalqımız əsrlərin sınağından çıxmış mütərəqqi milli xüsusiyyətlərini qoruyaraq, eyni zamanda sivil bəşəri dəyərləri mənimsəyir, ölkəmiz dünya xalqları ailəsinə daxil olur, qlobal iqtisadi, hüquqi, siyasi məkana inteqrasiya olunur: "Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, iqtisadi, siyasi və mənəvi potensial sürətlə artmaqdadır. Hazırda bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşdirilməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət siyasəti səviyyəsinə qaldırılmış, bütün rəsmi və qeyri rəsmi strukturların diqqəti bu istiqamətə yönəldilib. Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Bütün ruhu və canı ilə özünü azərbaycanlı sayan və bununla fəxr edən, ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir. Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün, ilk növbədə, etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir". Natiq deyir ki, respublikamızın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri, inkişafı Azərbaycan modelinin mahiyyətinin dünya miqyasında təbliğ olunması beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından da olduqca vacibdir. Onun sözlərinə görə, Azərbaycanın zəngin təbii resurslara, habelə Şərqlə Qərbi qovuşduran əlverişli tranzit imkanlarına malik olması, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi iştirak etməsi, eləcə də balanslaşdırılmış xarici siyasət yeritməsi onun dünyanın siyasi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə əlaqələrinin genişlənməsinə imkanlar açır: "Qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident İlham Əliyev haqlı olaraq hesab edir ki, sosial-iqtisadi sahədəki uğurlar xaricdə yaşayan soydaşlarımızın müstəqil respublikamızla bağlı dolğun və hərtərəfli təbliğat aparması, habelə Azərbaycana investisiya qoyuluşunu təşviq etməsi baxımından daim istinad ediləcək zəngin "informasiya bankı" rolunu oynayır. XXI əsr Azərbaycançılıq azərbaycanşünaslığın, Azərbaycan dövlətçiliyi isə azərbaycançılığın tərkib hissəsidir. Dövlət insan və cəmiyyət arasında münasibətin ifadə formasıdır. Cəmiyyət ümumi maraq əsasında birləşmiş insanların toplumudur, fəqət cəmiyyətdə ümumi maraqla fərdi maraq arasında ziddiyyət labüddür. Cəmiyyətin taleyi bu iki marağın harmoniyasından asılıdır. Bu mənada dövlət cəmiyyətdə daxili qayda yaradan və xarici təhlükəsizliyi təmin edən ali siyasi hakimiyyət orqanıdır.Azərbaycançılıq imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır, azərbaycançılıqda həm də onun ideoloji prinsipləri təsbit olunur. O, qlobal siyasət üçün nəzəri bazadır, çünki, dövlətlərə və xalqlara yeni ictimai sahman və təfəkkür koordinatları diqtə edir. Bugün Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Xalqımız bəşər sivilizasiyasının inkişafına verdiyi dəyərli töhfələr ilə haqlı olaraq fəxr edir. Tarix boyu Azərbaycan xalqının istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir. Bu dövlət dünya azərbaycanlılarının tarixi Vətəni, ümid və istinad yeridir".
Məhəmməd