Pensiya üçün yaş həddı 65-ə qaldırıldı

Milli Məclisin martın 7-də keçirilən plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən vitse-spiker Bahar Muradova bildirib ki, dəyişiklik layihəsində qeyd olunub ki, internet informasiya ehtiyatı üçün domen adı ".az" ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. ".az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir.

Komitə sədri: "Bu müddət mərhələli şəkildə tətbiq olunacaq"

Milli Məclisin martın 7-də keçirilən plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən vitse-spiker Bahar Muradova bildirib ki, dəyişiklik layihəsində qeyd olunub ki, internet informasiya ehtiyatı üçün domen adı ".az" ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. ".az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. Domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə, adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. Millət vəkili Qənirə Paşayeva "Vikipediya"da Azərbaycan əleyhinə yayılan yanlış məlumatlara qarşı daha fəal mübarizəyə çağırıb. Qeyd edib ki, dünyada çox populyar olan "Vikipediya"da Azərbaycanın tarixi, tarixi şəxsiyyətləri , mədəniyyəti və digər məsələrdə çox ciddi yanlış məlumatların geniş yayıldığını diqqətə çatdıraraq, buna qarşısının alınması istiqamətində səyləri artırmağa, "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün ciddi addımlar atmağa çağırıb. O, bildirib ki, müxtəlif ölkələrdən insanlar Azərbaycanla bağlı məlumat almaq istədikdə daha çox müraciət edilən ünvanlardan biri "Vikipediya"dır. "Burada Azərbaycanla bağlı yanlış məlumatların olması hamımızı narahat etməlidir və "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün müvafiq qurumlar və cəmiyyət olaraq səylərimizi artırmalıyıq". Qənirə Paşayeva Azərbaycanın müxtəlif bölgələri, tarixi yerlərimizlə bağlı adların .com, .net, .org domenlərinin bəzilərinin ölkəmizin düşmənlərinin əlinə keçməsi və bundan Azərbaycana qarşı yanlış məlumatlar yaymaq üçün istifadə etdiklərini diqqətə çatdırıb:"Bu hallar hamımızı narahat etməlidir və bunun qarşısının alınması istiqamətində daha nələr edə bilərik deyə, müzakirələr aparıb səylərimizi daha da artırmalıyıq". Deputat "ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə hər birimiz, bütün qurumlarımız səylərimizi daha da artırmalıyıq" deyib.
Sonra millət vəkilləri "Əmək pensiyaları haqqında"qanuna dəyişikləri müzakirə ediblər. Layihə barədə mlumat verən Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənəddə təklif olunan dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması, pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbəyinin fərqləndirilməsi, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması məqsədi daşıyır.
Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. Qərara alınıb ki, qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minsin. Millət vəkili Fazil Müstafa qeyd edib ki, Əhalinin elə bir kateqoriyası var ki, onlar yaşa görə pensiyaya çıxmaqda maraqlı deyillər. Onlar daha çox yaş müddətinin olmasını istəyirlər. Amma bəziləri də daha erkən pensiyaya çıxmaq məsələsini dəstəkləyirlər. Bu baxımdan hansı ideal variantın tapılması çox mürəkkəb məsələdir. Ona görə də bu məsələnin tərəfdar və əleyhdarı olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin aztəminatlı hissəsinə daha az zərər gəlməsi prinsipini əsas götürüb. F.Mustafa pensiya yaşının artırılmasının əsl səbəbindən bəhs edib: "Büdcədə neft vəsaitləti az olduğuna görə, dövlət bu yükü götürə bilmir. Özəl sektor isə bu yükü qarşılamağa hazır deyil.Yaponiyada, Almaniyada 67 yaşdır, yəni bizdən çoxdur. Sadəcə orada məşğulluq alternativləri genişdir. Bizdə bu alternativ olmadığına görə insanlar bunu həyəcanla qarşılayır. Digər tərəfdən bizdə orta ömür həddi 70-in altındadır, bir çox insanlar müalicə olunmaq imkanından məhrumdurlar. Xüsusən də pensiyaçı insanların müəyyən problemləri var. Özünüz fikirləşin, hansısa xəstəliklə bağlı müayinə olunmaq 140-160 manatdır. Deməli, bir təqaüdçü öz pensiyası ilə yalnız bir dəfə müayinə olunmaq imkanına malik olacaq. Müalicə xərcləri çox bahadır. Daha çox inkişaf etmiş ölkələrdə tibbi sığortaya görə orta ömür yaşı yüksəkdir".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31