Qarabağla bağlı səslənən nikbin bəyanatların arxasında nə dayanır?
Son günlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif mənbələrdən bir-birindən maraqlı və nikbin məlumatlar, açıqlamalar yayılmaqdadır. Belə ki, Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın “Dağlıq Qarabağ problemi çox uzandı” kimi açıqlaması, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə istinadən yayılan “Ərazilər mütləq Azərbaycana qaytarılacaq” fikri, Moksvada keçirilən Azərbaycan və Ermənistan təmasları, eləcə də Yenisey Sarayı ilə vidalaşmaqda olan Fransa prezidenti Fransua Ollandın Ermənistan və Azərbaycan dövlət başçılarını Parisə dəvət etməsi bu nikbinliyə əsas verən amillərdəndir. Nəticəyə təsir edib-etməməsindən asılı olmayaraq görünən odur ki, Dağlıq Qarabağ probleminin həllində diplomatic hərəkətlilik müşahidə edilir. Ancaq bu hərəkətliliyin hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq bir qədər çətindir. Bəs görəsən bu barədə politoloqlar nə düşünür? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə politoloq Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətliliyin arxasında duran məqamlar barədə də danışıb.
10 Mart 2017 13:39 MüsahibəƏli Qənbərli: "Bizə hazırda bəyanat yox, real nəticə lazımdır ki, bunu da hələ ki, görmürük"
"Əfsuslar olsun ki, beynəlxalq hüququn müddəaları hər kəsə eyni güclə tətbiq edilmir"
Son günlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif mənbələrdən bir-birindən maraqlı və nikbin məlumatlar, açıqlamalar yayılmaqdadır. Belə ki, Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın "Dağlıq Qarabağ problemi çox uzandı" kimi açıqlaması, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə istinadən yayılan "Ərazilər mütləq Azərbaycana qaytarılacaq" fikri, Moksvada keçirilən Azərbaycan və Ermənistan təmasları, eləcə də Yenisey Sarayı ilə vidalaşmaqda olan Fransa prezidenti Fransua Ollandın Ermənistan və Azərbaycan dövlət başçılarını Parisə dəvət etməsi bu nikbinliyə əsas verən amillərdəndir. Nəticəyə təsir edib-etməməsindən asılı olmayaraq görünən odur ki, Dağlıq Qarabağ probleminin həllində diplomatic hərəkətlilik müşahidə edilir. Ancaq bu hərəkətliliyin hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq bir qədər çətindir. Bəs görəsən bu barədə politoloqlar nə düşünür? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə politoloq Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətliliyin arxasında duran məqamlar barədə də danışıb.
-Əli bəy, bu günlərdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir qədər nikbin fikirlər səslənməkdədir. Belə ki, Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın "Qarabağ problem çox uzandı" fikri, Rusiyadan problemin həlli ilə bağlı səslənən fikirlər sizcə nədən xəbər verir. Bu problemin həllinə beynəlxalq marağın artdığının göstəricisidirmi?
-Bilirsiniz, əslində burada təəccübləndirici nəsə yoxdur. Bundan öncə də münaqişənin həlli ilə məşğul olan tərəflər bir neçə dəfə buna uyğun fikir söyləyiblər. Əslində, bunu gözləmək lazım deyil ki, Birləşmiş Ştatların ölkəmizdəki səfiri problemin həllinin uzandığını deyir. Bu zatən belədir. Gerçəkdən vəziyyət artıq dalana dirənib. Düşünmürəm ki, son zamanlar vurğuladığınız dairələr tərəfindən verilən bəyanatlar münaqişənin həlli istiqamətində önəmli ola biləcək.
-Bu arada yerli kütləvi informasiya vasitələrinin Rusiya prezidenti Vladimir Putinə istinadən yaydığı "Ərazilər mütləq Azərbaycana qaytarılacaq" fikir münaqişənin həlli istiqamətində Kremlin səylərinin artdığının göstəricisi deyilmi?
-Torpaqlar əlbəttə ki, mütləq Azərbaycana qaytarılacaq. Amma, nə vaxt? Bu bəlli deyil. Nə qədər etiraf olunmasa da, burada başlıca maneə elə Rusiyanın özüdür. Hər kəs də durub bir bəyanat verir. 25 ildən çoxdur bu bəyənatlar verilir. Bizə hazırda bəyanat yox, real nəticə lazımdır ki, bunu da hələ ki, görmürük. Əfsuslar olsun ki, beynəlxalq hüququn müddəaları hər kəsə eyni güclə tətbiq edilmir.
-Ümumiyyətlə, son vaxtlar Rusiyanın artan diplomatik hərəkətliliyi problemin hıəllinə fayda verəcəkmi?
-Mən düşünmürəm ki, Rusiyanın diplomatik hərəkətliliyi artıb. Rusiya həmişə bu siyasəti yürüdüb. Müəyyən zaman çərçivəsində nəsə ümid vermək üçün özünü canyandıran kimi göstərir. Sonra Rusiya rəsmiləri elə bəyənat verirlər ki, ümumiyyətlə deyirsən "əvvəlki dedikləri ilə indiki dedikləri arasında heç bir bağlılıq yoxdur". Rusiya xarici işlər naziri Sergey Lavrovun mövcud problemlə bağlı son bəyanatlarından birində hər şey gerçək detalı ilə rəsmi Kremlin mövqeyini ortaya qoyur.
-Bəs, Ermənistan tərəfi münaqişənin həllində, daha doğrusu torpaqların işğaldan azad edilməsində nə dərəcədə maraqlıdır?
-Əlbəttə ki, Ermənistan hər vasitə ilə münaqişənin həllini uzatmağa çalışır. Sizcə torpaqların boşaldılmasına razı olan bir tərəf Qarabağda referendum keçirər?! Əlbəttə ki, yox. Ermənistan bunu istəmir. Eyni zamanda Ermənistanı bu məsələdə himayə edən tərəf vardır.
-Ola bilərmi ki, bütün səslənən bu nikbin fikirlər aprel ayında cəbhədə yeni qarşıdurma, müharibənin başlayacağını önləmək və tərəfləri sakitləşdirmək məqsədi daşıyır?
=Ehtimalla reallıq arasında çox böyük fərq var. Məsələn səsləndirilir ki, aprel döyüşlərinin təkrar olunma ehtimalı ola bilər, apreldə vəziyyət yenidən gərginləşə bilər və.s. Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Cəbhədə vəziyyət hər an gərginləşə bilər. Buna hər an hazır olmaq lazımdır. Yəni, bunun üçün konkret günü, ayı gözləmək məsələnin yanlış təhlilinə səbəb ola bilər.
S.İsmayılbəyli