Ərdoğanın Rusiyaya səfəri başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarını qəbul edəcək. Tərəflər arasında enerji sahəsində birgə layihələr və terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Dövlət başçıları Rusiya və Türkiyə arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklər. Türkiyənin ilk Atom Elektrik Stansiyasının və "Türk axını" qaz kəmərinin tikintisi gündəmdə olan əsas məsələlərdir. Bundan başqa, regional problemlərin aktual aspektləri, ilk növbədə, Rusiya və Türkiyənin beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəsi və Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq. 
 
Sammitin yekunu olaraq bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31