Dünya Gənclər Təşkilatının Azərbaycan üzrə rəhbəri müəyyənləşdi

Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyev təyin olunub.

Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyev təyin olunub. "OLAYLAR"-ın xəbərinə görə, DGT-nin fəaliyyətlərini icra edəcək H.Quliyev ictimai təşkilatlarla və qurumlarla birlikdə məktəblərdə, ictimai yerlərdə gənclərin pis vərdişlərdən qorunması istiqamətində seminarlar, aksiyalar və tədbirlər təşkil edilməsinə köməklik göstərəcək. H.Quliyev mətbuata açıqlamasımda bildirib ki, DGT-nin azərbaycanlı gəncləri üçün sosial, mədəni, təhsil və başqa sahələrdə layihələr təşkil oluncaq. O, gənclərə tək bir dam altında birləşməsini, birlik və bərabərlik adına bütün dünya gəncliyi üçün gənclik festivalları təşkil ediləcəyini də deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31