Güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq

16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq.

16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a AGF-dən daxil olub. Bildirilib ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31