Qarabağ siyasəti üzərində qurulan aprel seçkisi
Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca daxili siyasi gərginlik də artan xətt üzrə inkişaf edir. Seçkilərdə hakim Respublika Partiyasının qələbəsini təmin etməyə çalışan president Serj Sərkisyan bunun üçün mümkün bütrün varinatları işə salıb. Son vaxtlar Rusiyadan artan təzyiqlərin fonunda seçkilərdə qələbə qazanacağına o qədər də əmin olmayan Serj Sərkisyan alternativ variant kimi Qərblə də münasibətləri bir qədər istiləşdirməyi qarşısına məqsəd qoyub.
10 Mart 2017 12:41 DünyaYaxud Sərkisyan üçün son bahar rüzgarı
Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca daxili siyasi gərginlik də artan xətt üzrə inkişaf edir. Seçkilərdə hakim Respublika Partiyasının qələbəsini təmin etməyə çalışan president Serj Sərkisyan bunun üçün mümkün bütrün varinatları işə salıb. Son vaxtlar Rusiyadan artan təzyiqlərin fonunda seçkilərdə qələbə qazanacağına o qədər də əmin olmayan Serj Sərkisyan alternativ variant kimi Qərblə də münasibətləri bir qədər istiləşdirməyi qarşısına məqsəd qoyub. Xüsusilə, hakim partiyaya müxalif olan qüvvələrin Rusiya ilə yaxın işbirliyi qurması, müxalifət partiyası liderlərinin şimal qonşumuza səfərlər edərək seçkidə Kremlin dəstəyini əldə etmək cəhdləri Sərkisyanı Qərbə üz çevirmək məcburiyyətində qoyub. Ermənistanda seçkiöncəsi cərəyan edən prosesləri dəyərləndirən erməni ekspertlər, politoloqlar hesab edirlər ki, Serj Sərkisyan hakimiyyətdə olduğu illər ərzində hələ bu qədər çətin dilemma qarşısında qalmamışdı.
Seçkiöncəsi Sərkisyanın durumunu çətinləşdirən, onun nəzərdə tutduğu planları reallaşdıra bilməməsinə ən böyük əngəllərdən biri də daxildə hakim partiyaya və onun rəhbərliyinə qarşı artan etirazlardır. Bu etirazların kökündə isə ölkənin gün-gündən ağır iqtisadi durumla üzləşməsi, əhalinin social durumunun sürətli şəkildə ağırlaşmasıdır. Digər mühüm amil isə Ermənistanın son bir il ərzində cəbhədə verdiyi çoxlu sayda itkilərlə bağlıdır. İstər keçən ilin aprelində, istərsə də bu ilin fevral ayının sonlarında cəbhə xəttində törədilən təxribatlara qarşı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət və düşmən ordusunun ağır tikilər verməsi Ermənistanda Sərkisyana qarşı ciddi etirazların yaranmasına yol açıb. Ona görə də ermənilər əkcə iqtisadi sahədə deyil, eləcə də diplomatik və hərbi sahədə Ermənistanı uğursuzluğa sürükləyən Sərkisyandan birdəfəlik qurtulmaq istəyirlər. Hələlik isə bütün nəzərlər aprelin 2-də işğalçı ölkədə baş tutacaq parlament seçkilərinə yönəlib. Bəs görəsən aprel seçkiləri Ermənistan cəmiyyəti üçün nə vəd edir və sadə ermənilər Sərkisyanla birdəfəlik vidalaşa biləcəklərmi?. Məsələ ilə bağlı münasibət bildirən analitiklər hesab edirlər ki, Ermənistanda kimin hakimiyyətdə qalıb-qalmaması hər zaman Kremldən asılı məsələ olduğu kimi, aprel seçkilərində də anoloji hal təkrar olunacaq. Yəni, Ermənistanda parlament seçkilərinin nəticələrini bir növ Rusiya müəyyənləşdirəcək. O da seçkilərdə mübarizə aparacaq hansı siyasi qüvvənin Rusiyanın maraqlarına daha çox xidmət edəcəyindən asılıdır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir: "Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilərək və bununla da ölkə parlament sisteminə keçəcək. Ermənistan siyasi partiyaları blok və müttəfiq şəkildə bu seçkilərə qatılır. Qeyd edim ki, bu seçkilərin, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişə təkan verəcəyi isə, seçkidən sonra bəlli olacaq. Hazırda seçkilərə müxalifət olaraq, Serj Sərkisyan rejiminə qarşı Seyran Ohanyanın rəhbərlik etdiyi blok və Levon-Ter Petrosyanın lideri olduğu "Milli Konqrensi" öz platformalarında sülh danışıqlarına yer veriblər". Məhəmməd Əsədullazadənin sözlərinə görə, adıçəkilən siyasi müxalifət qruplaşmalarının liderləri Qarabağ müharibəsini həyata keçirənlərdir: "İndi bunların platformalarında sülhün yer alması, görünür Ermənistanın bir dövlət kimi iqtisadi və siyasi böhrana getməsində işğalçılıq faktorunu dərk etməsidir. Həm də bu ölkənin müstəqilliyini nə qədər Rusiyaya güzəşt etdiyinin fərqindədirlər. Hazırda Serj Sərkisyanın hakim Respublika Partiyası savaş partiyasıdır və öz platformasında hər hansı kompromis və sülh danışıqları yer almayıb. Hesab edirəm ki, bu seçkilərdə Serj Sərkisyanın partiyası saxtakarlıq yolu ilə parlamentdə üstünlüyü əldə saxlasa da, güclü olan Ohanyan və Petrosyan siyasi müxalifəti ilə koalisiya hökuməti yarada bilər. Bu qüvvələrin sülh danışıqlarının tərəfdarı olduğuna nəzər salsaq, kompromis tərəfdarı olmayan Serj Sərkisyan bloku ilə siyasətləri toqquşa biləcək". Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri deyib ki, bu seçkilərin birbaşa Rusiyanın nəzarəti altında keçəcəyinə şübhə yoxdur: "Amma seçki günü qarşldurmalar da istisna deyil. Müxalifət xalqı meydanlara toplayacaq. Seçkilərdən sonra istər Serj Sərkisyan və yaxud digər siyasi müxalifət hakimiyyətə gələrsə də, mütləq irəlləyən aylarda Qarabağ münaqişəsinin nizamlanmasında dönüşün həyata keçirilməsində Azərbaycan istənilən variantdan istifadə edəcək. Qeyd edim ki, Azərbaycan da aprel seçkilərini gözləyir.Və, bu seçkilərdən sonra Ermənistanın substantiv danışıqlara başlaması, rəsmi Kremlin göstərişi ilə reallaşa bilər. Hazırda aprel seçkiləri Ermənistanda Qarabağ siyasəti üzərində qrulub. Bir tərəfdə sülh tərəfdarları, digər tərəfdə müharibə tərəfdarları qarşı-qarşıyadır".
Süleyman