ABŞ-da erməniyə qətl İTTİHAMI

Erməni ABŞ-da qətl və sui-qəsddə ittiham olunur.  24 yaşlı Arutyun Stepanyan ittiham üzrə özünü günahkar hesab etmir.

Erməni ABŞ-da qətl və sui-qəsddə ittiham olunur.  24 yaşlı Arutyun Stepanyan ittiham üzrə özünü günahkar hesab etmir. A.Stepanyan ötən ilin dekabrında Kaliforniya ştatının Berbank şəhərində 33 yaşlı sürücüyə bıçaqla hücum edib. Təcili özünü xəstəxanaya çatdırmaq istəyən yaralı sürücü, öz növbəsində, piyada, 52 yaşlı Rudolf Tanı vurub. R.Tan xəstəxanada ölüb. A.Stepanyan və onun maşını müşahidə kameralarına düşüb.
Bir neçə gün əvvəl saxlanılan A.Stepanyan ömürlük həbs cəzası ala bilər. Onun işi ilə bağlı məhkəmə aprelin 21-də keçiriləcək.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31