İlham Namiq Kamal ilk dəfə Opera və Balet teatrının səhnəsində

Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" tamaşası nümayiş olunacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, son 20 il ərzində Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan tamaşada ilk dəfə Xalq artisti İlham Namiq Kamal Soltan bəy rolunda çıxış edəcək. Tamaşada digər əsas rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31