Nardaran Bilik evində Əziz Əliyev xatırlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik evində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib.

Fonddan "Olaylar" - a bildirilib ki, tədbiri millət vəkili, Nardaran Bilik evinin direktoru Dilarə xanım Cəbrayılova açaraq Əziz Əliyevin fəaliyyətindən bəhs edib. Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində, respublika səhiyyə sisteminin və tibbi təhsilin formalaşdırılmasında gördüyü işlərdən ətraflı bəhs edib.

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Teymur Qafarov çıxış edərək Əziz Əliyevin həyatından və fəaliyyətindən tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbir zamanı qeyd olunub ki, görkəmli alimin ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.

Sonda professor şagirdlərin mövzu ilə bağlı suallarına cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31