Qadın cəzaçəkmə müəssisəsində 8 mart

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzi martın 09-da 4 saylı qadın cəzaçəkmə müəssisəsində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirib.

Baş İdarədən "Olaylar" - a bildirilib ki, tədbirdə müğənni Tafur xüsusi fəallığı, gözəl ifaları ilə seçilib. Həmçinin, populyar müğənni Leyla Ramazanlı və rəqqasə Mehparə Cəbiyevanın çıxışları tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda müəssisənin rəbərliyi bayram konsertinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31