Soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib
Gəncə polisi ötən il baş verən cinayətin üstünü açmağa müvəffəq olub. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ, Nizami və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayının 19-da şəhər sakini Vilayət Abbasovun 4.000 manat, 67 ABŞ dolları və 11.150 rubl pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Nağıyev və Abbas Abbasov tutulublar.
9 Mart 2017 15:31 KriminalGəncə polisi ötən il baş verən cinayətin üstünü açmağa müvəffəq olub. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ, Nizami və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayının 19-da şəhər sakini Vilayət Abbasovun 4.000 manat, 67 ABŞ dolları və 11.150 rubl pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Nağıyev və Abbas Abbasov tutulublar.