Berlində beynəlxalq turizm sərgisi keçirilir
Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2017” beynəlxalq turizm sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. “OLAYLAR”-ın xəbərinə görə, sərgidə, 16 yerli turizm şirkəti, 5 mehmanxana, Azərbycan Hava Yolları və Turizm və Milli İnkişafına Dəstək İctimai Birliyi iştirak edir.
9 Mart 2017 15:21 SosialAlmaniyanın Berlin şəhərində keçirilən "İTB Berlin 2017" beynəlxalq turizm sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. "OLAYLAR"-ın xəbərinə görə, sərgidə, 16 yerli turizm şirkəti, 5 mehmanxana, Azərbycan Hava Yolları və Turizm və Milli İnkişafına Dəstək İctimai Birliyi iştirak edir. Bununla yanaşı, sərgidə cari ilin 23 - 25 iyun tarixlərində Bakı şəhərində keçiriləcək "Formula 1 Avropa Qran Prisi"-nin təşkilat komitəsi və İçərişəhər Dövlət Tarix-Memarliq Qoruğu İdarəsi də təmsil olunur. Sərginin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Ramin Həsənov iştirak edib. Sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.