3 nəfərin imtahan nətiəsi ləğv edildi

Martın 5-də keçirilən buraxılış imtahanlarda 3 nəfər telefonla imtahan binasına daxil olub. Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub: "Dəfələrlə xəbərdalıq olunmasına baxmayaraq, şagirdlər yenə də telefon gətiriblər. Bir daha xatırladırıq ki, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz".

Qeyd edək ki, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirilib. İmtahanlarda ümumilikdə 40 min şagird iştirak edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31