Nəzarətsiz zonalar narkotiklərin qanunsuz dövriyyəsi üçün münbit mühit rolunda

Bu gün dünya ictimaiyyətini narahat edən ən aktual problemlərdən biri də beynəlxalq terrorçuluğun və mütəşəkkil cinayətkarlığın əsas maliyyələşmə mənbələrindən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının xalqların genofonduna, eləcə də kriminogen duruma mənfi təsir göstərməsidir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlərə rəğmən narkomaniya problemi getdikcə gəncləşir.

Bu gün dünya ictimaiyyətini narahat edən ən aktual problemlərdən biri də beynəlxalq terrorçuluğun və mütəşəkkil cinayətkarlığın əsas maliyyələşmə mənbələrindən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının xalqların genofonduna, eləcə də kriminogen duruma mənfi təsir göstərməsidir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlərə rəğmən narkomaniya problemi getdikcə gəncləşir. Paralel olaraq narkotik istifadəçiləri, xüsusilə gənclər arasında daha ağır təsirli narkotik vasitələrdən istifadə olunur. Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA)-nın son məruzəsinə əsasən Avropa gəncləri arasında son illər kannabisin istifadəsi daha böyük vüsət alıb. Belə ki, bu 15-34 yaş həddində olanların 14 milyondan artığını təşkil edir. Qeyd edilən göstərici Avropada bu yaş həddi üzrə ümumi narkoistifadəçilərin 11,2 faizini təşkil edir. 15-24 yaş həddində olanların sayı 2013-cü ildə 8,5 milyon nəfər təşkil edib. Son bir neçə il ərzində dünyanın 60 faizdən çox ölkəsində satın alınması yalnız reseptlər vasitəsilə mümkün olan dərman preparatlarının, xüsusilə narkotik təsiri olan sakitləşdiricilərin və trankvilizatorların sui-istifadəsində nəzərəçarpan artım müşahidə olunur. Sui-istifadə hallarının ən çox müşahidə olunduğu region Şimali Avropa regionudur. Opioid kateqoriyasına daxil olan narkotik vasitələrdən (heroin və tiryək) istifadə sahəsində son zamanlar Avropa regionunda azalma müşahidə olunur. Belə ki, qitə əhalisinin yaşlanması və daha yüngül narkotik vasitələrə, xüsusilə "ekstazi" və digər yüngü ltəsirli həblərə üstünlük verilməsi ilə əlaqədar opioid kateqoriyalı narkotik vasitələrə tələbat azalıb. Şimali Amerika, Cənub-Qərbi Asiya və Mərkəzi Asiya regionunda isə opioid kateqoriyalı narkotik vasitələrdən istifadədə artım müşahidə olunur. Avropada heroin istifadəçilərinin azalması ilə əlaqədar Əfqanıstandan Balkan regionuna ixrac olunan heroinin həcmində azalma müşahidə edilir. Bunun əvəzində İran ərazisindən keçməklə İraqa, oradan isə Yaxın Şərq ölkələrinə heroin ixracı artıb. Kokain dövriyyəsində də ənənəvi marşrut olan Kolumbiya-Braziliya-Avropa və Kolum - biya-Şimali Amerika marşrutu Kolumbiya-Sakit okean adaları-Asiya marşrutu ilə əvəzlənir. Kolumbiya hələ də kokain istehsalında qlobal lider olaraq qalmaqdadır. Kokaindən istifadə ilə bağlı mövcud olan yanaşmaya əsasən, bu narkotik vasitədən cəmiyyətin daha çox varlı təbəqəsi istifadə edir. Bu yanaşmanın doğruluğu ilə bağlı faktlar son illər artmaqdadır. İqtisadi cəhətdən inkişaf etmiş Avropa ölkələrində və Honq-Konqda kokain istifadəsində kəskin artım müşahidə olunur. Avropa ilə birləşdirən tranzit ərazi kimi Afrikanın artan önəmi son illərdə bir sıra Afrika ölkələrində, xüsusilə Şərqi Afrika ölkələrində müsadirə edilmiş heroinin həcminin artması ilə müşayiət olunur. Son müsadirələr onu göstərir ki, böyük həcmdə əfqan heroininin gəmi ilə Hind okeanı vasitəsilə Şərqi və Cənubi Afrikaya qaçaqmalçılıq yolu ilə keçirilməsi ümumi hal alıb. Bununla yanaşı, kokainin Atlantik okeanı vasitəsilə Avropaya qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Afrika dəniz yolu ilə tranzit ərazi olmaqda davam edir, habelə Şərqi Avropa tranzit ərazi və təyinat yeri kimi meydana çıxır. Əfqan opiatlarının qlobal nəqliyyat yolları "Balkan yolu" (İran İslam Respublikası və Türkiyədən keçməklə cənub-Şərqi Avropa üzərindən Qərbi Və Mərkəzi Avropaya), "Şimal yolu" (Mərkəzi Asiyadan keçməklə Rusiya Federasiyasına) və "Cənub yolu"dur (İran İslam Respublikasının cənub hissəsindən və ya Pakistandan keçməklə). Belə ki, 2014-cü ildə Əfqanıstanın narkotiklərlə mübarizə üzrə Departamentinin və Rusiya Federasiyasının Narkotiklərə Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkənin şimalında 750 kq opiat tərkibli narkotiklər və 8 ton prekursorlar qanunsuz dövriyyədən çıxarılıb və 5 narkotik laboratoriyası məhv edilib. Müşahidəyə əsasən, qlobal səviyyədə narkotik vasitələrin ticarəti ilə məşğul olan cinayətkar qruplar son illər narkotik vasitələrin su nəqliyyatı vasitəsilə daşınmasına üstünlük verir. UNODC tərəfindən həyata keçirilən Qlobal Konteynerlərə Nəzarət Proqramı məhz bu tendensiyanın yaratdığı təhlükələrin qarşısının alınmasına hesablanıb. Şimali Afrika çətənə qətranının ən çox müsadirə olunduğu region olmaqda davam edir və BMT-nin Narkotiklər və cinayətkarlıq İdarəsinin məlumatına görə sözügedən regionda həmin maddənin müsadirəsi artan xətt üzrə davam etməkdədir. Region üzrə ən çox müsadirə Əlcəzairdə və Mərakeşdə həyata keçirilir. Narkotik maddələrdən istifadə edən şəxslərin müalicəsi İİR-da nəzərə çarpacaq şəkildə artıb. Belə ki, 2013-cü ildə belə şəxlərin sayı 2009-cu illə müqayisədə 18 faiz artaraq 755394 nəfər olub. 2013-cü ildə İİR-də 5223 narkotik istifadəçilərinin müalicəsi, eləcə də 267844 və 24029 şəxs üçün müvafiq olaraq metadon və buferonofin əvəzediciləri ilə müalicənin aparıldığı narkoloji mərkəz açılıb. Mərkəzi Asiya Regional İnformasiya Əməkdaşlıq Mərkəzi (MARİƏM)-in məumatına əsasən 2016-cı ilin 9 ayı ərzində Əfqanıstanda narkotiklərin alveri və qaçaqmalçılığın qarşısının alınması istiqa - mətində hüquq-mühafizə orqanları tərə fin dən 679 fakt üzrə 615 ton 35 kq opiat qanunsuz dövriyyədən götürülüb.

Mərkəzi Amerika və Karib hövzəsi regionu 2016-cı il ərzində də dünya miqyasında kanabisin əsas ixracatçısı və kokainin əsas tranzit marşrutu olaraq qalmaqdadır. Regionda narkotik vasitələrin becərilməsi, istehsalı və dövriyyəsi ilə əlaqədar zorakılıq və cinayətkarlıq səviyyəsi 2016-cı il ərzində daha da artması müşahidə olunub. Şimali Amerika regionu (ABŞ və Kanada) dünya miqyasında narkotiklərdən istifadə ilə əlaqəli, xüsusilə narkotik vasitələrdən dozasından artıq istifadə nəticəsində ölüm hallarının statistikasına görə lider mövqeyini 2016-cı ildə də qoruyub saxlayıb. Davam edən silahlı münaqişələrin mövcud olduğu Qərbi Afrika regionu isə münaqişəli vəziyyətlərin yaratdığı nəzarətsizlik mühiti ilə əlaqədar mütəşəkkil cinayətkarlıq qrupları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün əsas regionlardan birinə çevrilib. Belə nəzarətsiz zonalar sırasında işğal altında olan Dağlıq Qarabağ əıraziləri də yer alır və artıq bir neçə ildir ki, ermənilərin həmin ərazilərdə narkotiklərin qeyri-qanuni dövriyyəsi, istehsalı ilə məşğul olduqları təsdiqini tapıb. Şərqi və Cənub-şərqi Avropada iynə vasitəsilə narkotik maddələrin istifadəsi halları dünya miqyasında mövcud olan orta statistik göstəricidən 5 dəfə yüksəkdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31