“İslamda həmrəylik” adlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsuda “İslamda həmrəylik” adlı maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin humanizm, dözümlülük xüsusiyyətlərini aşıladığını, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini bildirib.
9 Mart 2017 14:18 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsuda "İslamda həmrəylik" adlı maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin humanizm, dözümlülük xüsusiyyətlərini aşıladığını, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini bildirib. O, ölkəmizin İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini qeyd edərək bildirib ki, ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov cıxışında bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi dövlətimizin tolerant və multikultural dəyərlərə yüksək önəm verməsinin sübutudur. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.