Elşən İsmayıl yazır... Mən, hər kəs deyiləm...

Salma adi xatirələrdə yada məni... Düşünmə, Haqqımda heç nə düşünmə... Ağlama arxamdan, Çıxma özündən mənə görə... Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

Salma adi xatirələrdə yada məni...

Düşünmə,

Haqqımda heç nə düşünmə...

Ağlama arxamdan,

Çıxma özündən mənə görə...

Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

Fikrini sadələşdirmə,

Özünü ucuzlaşdırma,

Ruhunla cismini

Qarşılaşdırma...

Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

Yalan danışma mənə görə

Kimlərəsə

Ağız açma...

Yazığın gəlməsin mənə,

Yox, istəmirəm arxamdan ağlayasan,

Aciz bilmə məni...

Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

"Hamı belə deyir... Hamı elə düşünür..."

Bu fikirlər mənə aid deyil,

Yox,

Heç həyat da mənə layiq deyil...

Mən, hər kəs deyiləm...

Yalnızlıq ruhuma işləyib mənim,

Bəli...

Yalan istəyim deyil,

Amma danışıram,

Özüm, özüm olmağa

Çalışıram...

Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

Qan tökmək istəmirəm,

Savaşmaq istəmirəm.

Sadəcə özüm olmaq,

Özüm kimi yaşamaq

İstəyirəm...

Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

Xoşbəxtlik arzumdur,

Var-dövlət deyil.

Gözəllik arzumdur,

Eyş-işrət deyil...

Mən, hər kəs deyiləm...

Mən, hər kəs deyiləm...

Fikrimdə ancaq azad yaşamaq,

Bir quş kimi uçmaq...

Ucsuz-bucaqsız səmadan

Bu riyakar dünyaya baxmaq

İstəyirəm...

Gülümsəyirəm,

Həyatın acısına,

Ağına, qarasına...

Mən, hər kəs deyiləm...

28 fevral 2017

Elşən İsmayıl

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31