Gündəm

Mövlan Paşayev: "Qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir"

9 Mart 2017 13:59

"Apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir". "Report" xəbər verir ki, bunu "PriceWaterhouseCoopers"in ölkə üzrə idarəedici partnyoru və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvü Mövlan Paşayev deyib.

“Washington Times”: ABŞ Qarabağı işğal edən Ermənistanın maliyyələşdirilməsini dayandırmalıdır

9 Mart 2017 13:57

Vaşinqton rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, USAID Qarabağı işğal edən Ermənistana illik maliyyə yardımını dayandırmalıdır.

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

9 Mart 2017 13:56

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq.  Bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. Bu rejim 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra iyulun 20-dən tətbiq edilib.

“MTN işi” üzrə təqsirləndirilənlər məhkəmədə ittihamları qəbul etməyiblər

9 Mart 2017 13:48

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ermənistanlı fəlsəfə elmləri doktoru Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub  

9 Mart 2017 13:47

Fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi, hazırda İrəvanda yaşayan Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Türkiyəli ekspert: “İqtisadi baxımdan Orta Asiya ölkələrinin Rusiyadan üz döndərmələri mümkün deyil”

9 Mart 2017 13:45

“Keçmiş Sovet İttifaqından qalma münasibətlərin davamı kimi Orta Asiyadakı türk ölkələrinin Rusiya ilə münasibətləri müstəqillik dövründə də isti olub. Burada Qazaxıstan və Qırğızıstanı xüsusi qeyd etmək lazımdır. Özbəkistan müəyyən vaxtlarda bəzi təşkilatlara üzv olub, daha sonra ayrılıb və keçmiş prezident İslam Kərimovun dövründə ABŞ-la bəzi müqavilələr çərçivəsində əməkdaşlıq qurub. Orta Asiyanın türk cümhuriyyətləri içərisində Qazaxıstanın Rusiya ilə əlaqələri daha ön plandadır”.

"Türkiyənin yüzdə 99-u qana bulanacaq" - Fətullah Güləndən həbsxanalara MESAJ

9 Mart 2017 13:42

Pensilvanyada olan FETÖ rəhbəri Fətullah Gülən yenidən hərəkətə keçib. Kəşfiyyat heyəti Türkiyə həbsxanalarında məhbus FETÖ-çülərə gizli yolla dinlədilən radiolardan mesajlar göndərildiyini deyib.

DİM imtahan pullarından milyonlar qazanacaq

9 Mart 2017 13:41

Tarif Şurası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin, yəni imtahanların yeni qiymətlərini elan edib.

Facebook 2 şəxsin ciddi münasibətə başlamasını 100 gün öncədən bilir

9 Mart 2017 13:35

Facebook statistikasına əsasən iki istifadəçinin ciddi münasibətə başlamasını, həmin münasibətin başlamasından öncə bilmək olur. 2014-cü ildə Facebook-un data mütəxəssisləri bu mövzu ilə əlaqədar öz müşahidələrini aparıblar. 

Burak və Fahriye Almaniyada nişanlandı

9 Mart 2017 13:33

Burak Özçivit Fahriye Evceni ailəsindən istəmək üçün Almaniyaya gedib.  Cütlük ailə arasında təşkil olunan mərasimlə üzükləri taxıblar. 

Sarkisyan və arvadının milyonları üzə çıxdı

9 Mart 2017 13:31

Ermənistan prezidenti Serj Sarkisyanın gəlirləri il ərzində kəsin şəkildə artıb. 2015-ci illə müqayisədə 2016-cı ildə Sarkisyan ailəsinin gəliri 6,3 milyon dramdan çox olub.

Azərbaycanda daha bir bankir vəzifəsindən getdi

9 Mart 2017 13:29

"AccessBank" QSC-nin rəhbərliyində daha bir dəyişiklik olub. Bankın Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev bankı tərk edib. Onun yerinə hələlik heç bir təyinat yoxdur. Bankdan məsələyə münasibət bildirilməyib.

Türk diplomatları İsveçrəyə qaçdılar

9 Mart 2017 13:27

Türk diplomatik pasportlarının bir neçə sahibi İsveçrədən sığınacaq istəyib. Bu barədə "Tages-Anzeiger" qəzeti yazıb. Sığınacağa görə müraciət etmiş diplomatik pasportlu şəxslərin dəqiq sayı bildirilmir. Ölkələrdən heç birinin hakimiyyəti isə hələlik şərh vermək istəmir.

5 tələbənin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI

9 Mart 2017 13:25

Bu gün Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.

ABŞ-da miqrantların sayı kəskin şəkildə azalıb KELLİ

9 Mart 2017 13:14

ABŞ-ın Cənub sərhədlərini qanunsuz şəkildə keçən miqrantların sayı Trampın tam 1 aylıq prezidentliyi dövründə 40% azalıb. “Vesti-ekonomika” ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kellinin sözlərinə istinadən bu barədə yazır.