Gündəm
Neymardan yeni rekord: Həyatımın ən gözəl oyunu idi
"Barselona"nın hücumçusu Neymar yeni rekord müəyyənləşdirib. Braziliyalı forvard buna Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında nail olub. Belə ki, PSJ ilə dünənki görüşün qəhrəmanı olan "sambaçı" qollarla yanaşı, assist sayını da artırıb. 6:1 hesablı qələbənin memarı olan Neymar cari mövsüm ÇL-də məhsuldar ötürmələrinin sayını 8-ə yüksəldib. Bu isə Avropanın ən nüfuzlu klub turniri tarixində bir ilkdi.
Martın 12-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək
Martın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. DİM-dən verilən xəbərə görə, həmin gün ümumilikdə 37230 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Kommunal xidmətlərə nələr daxildir?
Son vaxtlar çoxmənzilli binalarla bağlı yaranan suallar vətəndaşları narahat etməkdər. Xüsusən sakinlərdən əlavə xidmət və kommunal haqqlarının alınması, qeyri-yaşayış sahələrindən istifadə və həmin sahələrin kimin hesabına saxlanması kimi məslələr müzakirə obyektinə çevrilib.
Qarabağ problemini Rusiya ilə müzakirə etmək məcburiyyəti
Keçən ayın sonlarında ermənilərin cəbhə xəttində həyata keçirdikləri növbəti təxribat və çoxsaylı əsgər ölümünə səbəb olan kiçikmiqyaslı döyüşlərdən sonra Kreml yenidən Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik səyləri artırmağı qərarlaşdırıb. Hər halda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu günlərdə Moskvaya dəvət edilməsi, mart ayının ortalarında isə Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir Putinin qəbuluna dəvət olunması belə deməyə əsas verir. Ancaq cərəyan edən proseslərdən gəlinən qənaət ondan ibarətdir ki, Kremlin bu dəfəki diplomatik fəallığı heç də keçən ilin aprelindəki kimi deyil. Belə ki, keçən ilin aprelində cəbhədə yaşanan 4 günıük hərbi əməliyyatlardan sonra Moskva daha aktiv şəkildə dövriyyəyə girərək tərəflər arasında hansısa bir razılaşmanın əldə edilməsinə səy göstərmişdi. Hazırda isə Kremlin təşəbbüsü yalnız görüntü xarakteri daşıyır. Elə ekspertlər də bu qənaətdədirlər.
8 martda hamilə qadını döyüb, yol kənarına atdılar - təcavüzdən son anda qurtuldu
Dünən 8 Mart - Beynəlxalq Qadınlar Günündə Türkiyədə təcavüzdən son anda qurtulan hamilə qadın döyülüb, yol kənarına atılıb. Qaziantepdə yaşayan S.G ötən gün Adanada yaşayan rəfiqəsigilə baş çəkib. Onlar axşam saatlarına qədər söhbətləşdikdən sonra S.G evinə getmək üçün avtovağzala yollanıb.
“Barselona”dan ilk, avrokuboklarda 4-cü
"Barselona" avrokuboklar tarixinə düşüb. Kataloniya təmsilçisi ilk oyunda 0:4 hesabı ilə uduzub, sonda mərhələ keçən ilk komanda kimi tarixə düşüb. Luis Enrikenin yetirmələri PSJ ilə cavab oyununda 6:1 hesabı ilə qalib gəlib. Bununla da İspaniya təmsilçisi Fransadakı 0:4 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Bu, avrokuboklar tarixində 4 top fərqinin aradan qaldırıldığı 4-cü cüt olub. Lakin digər üç komanda "Barselona" kimi 0:4 deyil, qollu darmadağınlardan sonra geri dönüş edib.
Sarkisyanın "almaz partnyoru" Rusiyada səfir oldu
Bu gün Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Oleq Yesayan postunun tərk edəcək. Bu postda onu Vardan Toqanyan əvəzləyəcək.
Milli Məclis martın 10-da yığışacaq
Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 10-da keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, növbəti iclasın gündəliyinə 8 məsələ daxil edilib.
15 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Tanınmış erməni müğənni və səfir Ermənistanı biabır etdi - Ölkəni mafiozlar idarə edir
Ermənistanda rəsmi orqanların dediyi kimi 3,6 milyon yox, 2,3 milyon əhali yaşayır. Ermənistanın vəziyyətinin gündən-günə pisləşməsi isə 3 varlı xuliqan və mafiya üzvlərinə sərf edir. Bu acınacaqlı vəziyyətə baxmayaraq, bəziləri Turkiyənin inkar etdiyi "soyqırım" kəlməsindən yapışır. Ermənistan isə böyük təhlükə içərisindədir.
"İki penaltimiz verilməsə belə, bəraət axtarmırıq"
PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Paris klubu evdə 4:0 məğlub etdiyi "Barselona"ya səfərdə 1:6 hesabıyla uduzub.
Azərbaycan həqiqətləri London LİVE kanalında
Fərman Kərimzadənin 80 illik yubileyi qeyd olunacaq
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə mart ayının 10-da saat 12:00-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində yazıçı, nazir Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
ABŞ səfiri: "Dağlıq Qarabağ problemi çox uzandı"
“Dağlıq Qarabağ problemi çox uzandı. Münaqişənin hərbi yolla həlli mümkün deyil”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
“Əli və Nino” Brüsseldə
Martın 8-də Avropa Parlamentində “Əli və Nino” filminin Avropada ilk təqdimatı olmuşdur. Qurban Səidin eyni adlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir. Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadiyanın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.














