Sarkisyanın "almaz partnyoru" Rusiyada səfir oldu

Bu gün Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Oleq Yesayan postunun tərk edəcək. Bu postda onu Vardan Toqanyan əvəzləyəcək.

Bu gün Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Oleq Yesayan postunun tərk edəcək. Bu postda onu Vardan Toqanyan əvəzləyəcək. Bunu "Vestnik Qafqaza"ya Ermənistan prezidentinin administrasiyasındakı və Ermənistanın Rusiyadakı səfirliyində olan mənbələr bildiriblər.

Xatırladaq ki, Vardan Toqanyanın adı ofşordakı şirkətlər və şəxslər haqda informasiyalardan danışan "Panama dosyesi"ndə xatırlanır. Bildirilir ki, Vardan Toqanyan 2014-cü ildə brilyantların cilalanması ilə məşğul olan "Şoqakn" şirkətinin səhmdarı olub.

Vardan Toqanyan Yerevan Dövlət Universitetinin (YDU) Tarix fakültəsinin beynəlxalq əlaqələr bölməsini qurtarıb, YDU-da namizədlik dissertasiyası müdafiə edib.

2001 -ci ildə Rusiya Federasiyası Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar İnstitutunun doktoranturasını bitirib. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31