Kommunal xidmətlərə nələr daxildir?

Son vaxtlar çoxmənzilli binalarla bağlı yaranan suallar vətəndaşları narahat etməkdər. Xüsusən sakinlərdən əlavə xidmət və kommunal haqqlarının alınması, qeyri-yaşayış sahələrindən istifadə və həmin sahələrin kimin hesabına saxlanması kimi məslələr müzakirə obyektinə çevrilib.

Xidmət haqları hansı qaydada hesablanır? 

Son vaxtlar çoxmənzilli binalarla bağlı yaranan suallar vətəndaşları narahat etməkdər. Xüsusən sakinlərdən əlavə xidmət və kommunal haqqlarının alınması, qeyri-yaşayış sahələrindən istifadə və həmin sahələrin kimin hesabına saxlanması kimi məslələr müzakirə obyektinə çevrilib. Hüquqşünas Alim Hüseynli bildirib ki, çoxmənzilli binadakı qeyri-yaşayış sahəsinə mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmiş şəxslər həmin binanın, o cümlədən ümumi sahələrin (əmlakın) saxlanılmasında iştirak etməlidirlər: "Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və Mənzil Məcəlləsi, eləcə də mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məcəllənin 38-ci maddəsinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir". Onun sözlərinə görə, Mülki Məcəllənin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mənzil sahibinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmçinin, Mənzil Məcəlləsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Hüquqşünas qeyd edib ki, yaşayış sahələrinin itirilməsi (dağılması) və ya zədələnməsi ilə əlaqədar zərərin ödənilməsinə zəmanət vermək məqsədilə yaşayış sahələri qanunvericiliyə uyğun olaraq sığorta oluna bilər. Həmçinin, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binaların, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir: "Mövcud qanunvericilik aktlarına əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş tariflər əsasında sayğac göstəriciləri nəzərə alınmaqla müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Qüvvədə olan qanunvericiliyə görə, məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsi yerli icra hakimiyyətlərinin ümumi vəzifələrinə aid edilmişdir. Dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə mənzil fondu üzrə bələdiyyələr, özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə uyğun olaraq idarəetmə orqanları tərəfindən müəyyən olunur. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binada yaşayış sahəsinin saxlanması haqqı həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə təyin edilir. Əgər sahə mülkiyyətçiləri bu barədə qərar qəbul etməzlərsə haqqın miqdarı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Eyni zamanda, "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.Qeyd olunan məsələ ilə əlaqədar yarana biləcək problemlərlə bağlı yuxarıda adıçəkilən dövlət qurumlarına müraciət edilməsinə ehtiyac var". Çoxmənzilli binada mənzilin qeyri-yaşayış sahəsindən isitifadə məsələsinə gəldikdə hüquqşünas bildirib ki, Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir: "Pay haqqını tam ödəməmiş və kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq öz vəzifələrini yerinə yetirməməyə görə kooperativdən çıxarılmış mənzil-tikinti kooperativinin üzvü, habelə onunla birlikdə yaşayan ailə üzvləri mənzil-tikinti kooperativinin binasının yaşayış sahəsindən istifadə hüququnu itirirlər və həmin şəxslər kooperativin onların kooperativdən çıxarılması haqqında qərar qəbul etdiyi gündən iki ay müddətində həmin yaşayış sahəsini boşaltmağa borcludurlar, bu şərtlə ki, kooperativdən çıxarılmış üzvün payının tam məbləği qaytarılmış olsun".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31