"İki penaltimiz verilməsə belə, bəraət axtarmırıq"
PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Paris klubu evdə 4:0 məğlub etdiyi "Barselona"ya səfərdə 1:6 hesabıyla uduzub.
9 Mart 2017 12:39 İdmanPSJ Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Paris klubu evdə 4:0 məğlub etdiyi "Barselona"ya səfərdə 1:6 hesabıyla uduzub. Matçdan sonra PSJ prezidenti Naser Əl-Xəlaifi bunları deyib: "İki penaltimiz verilməsə belə, bəraət axtarmırıq. Birinci hissədə futbol oynamadıq. İlk oyunda qazanılan nəticədən sonra 1:6 hesablı məğlubiyyəti qəbul etmək çətindir. İlk görüşdən sonra növbəti mərhələni düşünməyə başlamışdıq. Mümkün qədər yaxşı oynamaq istədik. 88-ci dəqiqədən sonra 3 qol buraxdıq. Futbolçularla görüşməmişəm, bunun üçün uyğun zaman deyil. Təbii ki, hər kəs bu sarsıntıdan sınıb. Özümüzə gəlməliyik". Goal.az