Milli Məclis martın 10-da yığışacaq

Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 10-da keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, növbəti iclasın gündəliyinə 8 məsələ daxil edilib.

Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 10-da keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, növbəti iclasın gündəliyinə 8 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar aşağıdakılardır: "Telekommunikasiya haqqında" qanuna dəyişiklik; "Lisenziya və icazələr haqqında" qanuna dəyişiklik; "Sərhəd Qoşunları haqqında" qanuna dəyişiklik; "Dövlət sərhəddi haqqında" qanuna dəyişiklik;"Məktəbəqədər təhsil haqqında" qanun layihəsi ikinci oxunuşda; "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik;"Reklam haqqında" qanuna dəyişiklik; "Əmək pensiyaları haqqında"qanuna dəyişiklik. Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının martın 7-də keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31