Gündəm

Bakı-Sumqayıt yolundakı qəzada ölən tələbələrin FOTOları

9 Mart 2017 12:12

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova bildirib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsimov İbrahim qəza zamanı dünyasını dəyişib.

BAMF sədri Cenevrədə BMT baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

9 Mart 2017 12:06

Cenevrədə səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev BMT-nin baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Leyla Zerraqui (Leila Zerrougui) ilə görüşüb. Görüşdə BAMF sədri bildirib ki, Azərbaycanda ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Respublikada uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

Ombudsmanın səlahiyyət müddəti bitib

9 Mart 2017 12:05

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Olaylar” xəbər verir ki, artıq E.Süleymanovanın Ombudsman seçilməsinin 7 ili tamam olub. O, 2010-cu il martın 5-də Ombudsman seçilib. Milli Məclisin martın 7-də keçirilən iclasında isə E.Süleymanova Ombudsman kimi sonuncu illik hesabatını təqdim edib. 

Perspektivli və böyük imkanlar vəd edən səfər

9 Mart 2017 12:02

Son aylarda Azərbaycan xarici siyasət sahəsində bir sıra mühüm addımlar ataraq həm Qərb, həm də Şərqlə əməkdaşlığı genişləndirir. Dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl Avropanın siyasi paytaxtı sayılan Brüsselə səfər edərək Avropa Komissiyasının rəsmiləri ilə görüşlər keçirməsi, bunun ardınca isə Qətər və Pakistana səfər etməsi, hər üç səfər zamanı tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair müzakirələrin aparılması deyilənlərin əyani sübutudur.

Tələbələrin ölümü ilə bağlı 2 sürücü saxlanılıb - YENİLƏNİB

9 Mart 2017 11:57

Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər. Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Qəzada ölən və yaralanan tələbələrin TAM SİYAHISI - YENİLƏNİB

9 Mart 2017 11:55

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada xəsarət alanların hamısının şəxsiyyəti dəqiqləşdirilib. Mikroavtobusun yük maşınına çırpılması nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların adları bunlardır:

Azərbaycan diasporu Sərkisyanın Fransa səfərinə etiraz etdi

9 Mart 2017 11:51

Azərbaycan doapor təşkilatları Martın 8-də Parisin mərkəzində Trokadero meydanı “İnsan hüquqları esplanad”ında Ermənistan preidenti S.Sarkisyanın Fransaya səfəri ilə bağlı etiraz aksiyası keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, "Paris Azərbaycan Evi"nin təşkilatçılığı ilə keçirilən aksiyada Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əbülfəs Qarayev İTB Berlin sərgisinin rəhbəri ilə görüşüb

9 Mart 2017 11:50

Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTB-nin - hər il Berlində keçirilən nüfuzlu beynəlxalq turizm sərgisinin rəhbəri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycanının İTB-də iştirakının əhəmiyyəti, son dövrlərdə ölkəmizə turist axınının səbəbləri, ölkə rəhbərinin turizm sahəsində islahatları və onların müsbət nəticələri barədə fikir mübadiləsi aparılıb.

Bərgüşad -Ucar mənzilində 10 km yol yenilənir

9 Mart 2017 11:49

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Belə ki, Bərgüşad-Ucar mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

119 dəfə atəşkəs rejimi pozulub

9 Mart 2017 11:47

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.

Məşhur serialın izləyicilərinə ŞAD XƏBƏR

9 Mart 2017 11:43

Türkiyənin reytinqli seriallarından olan "Kara Sevda" ilə bağlı izləyicilərinə şad xəbər var. Ekran işi bu mövsüm də bitməyəcək. Bu məlumatı serialın qəhrəmanı Burak Özçivit ötən gün müxbirlərlə qarşılaşarkən deyib. 

Mübariz Əhmədoğlu: “Rusiya İran üçün favorit dövlətə çevrilib”

9 Mart 2017 11:39

“Rusiya hal-hazırda İran üçün favorit dövlətə çevrilib. İrana qarşı xaricdən olan ən böyük təzyiq ABŞ tərəfindəndir. Donald Tramp İranı terrorçu dövlət adlandırdı və onun İranı hədələməsinə cavab olaraq İran tərəfi ballistik raketlərin sınağını keçirdi. ABŞ İrana xəbərdarlıq etdi və raket sınağının BMT TŞ qətnamələrinə zidd olduğunu bildirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Kamran Əliyev: "Qəza baş verən avtobus tələbələri Sumqayıta aparırdı"

9 Mart 2017 11:34

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin məlumat yayıb. Qəza ilə bağlı məlumat verən İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, “Ford-Tranzit” markalı avtobus yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Karlovun qatilinin hədəfi ABŞ səfiri imiş? - Kompüterindən ŞOK DETAL üzə çıxdı

9 Mart 2017 11:34

Rus səfir Karlovu öldürən Mövlut Mert Altıntaşın kompüterindən çıxan sənədlər sonrası FBI-dən kömək istənilib.

8 terrorçu məhv edildi

9 Mart 2017 11:32

Türkiyənin Diyarbakır bölgəsinin Lice qəsəbəsində 8 terrorçu məhv edilib. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, 7min təhlükəsizlik qüvvələrinin iştirak etdiyi, 17 helikopterin və çoxlu sayda zirehli maşınların iştirak etdiyi əməliyyat zamanı iki ayrı – ayrı yerdə terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma yaşanıb.