Karlovun qatilinin hədəfi ABŞ səfiri imiş? - Kompüterindən ŞOK DETAL üzə çıxdı

Rus səfir Karlovu öldürən Mövlut Mert Altıntaşın kompüterindən çıxan sənədlər sonrası FBI-dən kömək istənilib.

Rus səfir Karlovu öldürən Mövlut Mert Altıntaşın kompüterindən çıxan sənədlər sonrası FBI-dən kömək istənilib. FETÖ-çü polis məmuru Mövlut tərəfindən törədilən qətlin istintaqı zamanı inanılmaz detallar ortaya çıxıb. Baş prokurorluqda Karlovun qətliylə bağlı aparılan istintaqda əhəmiyyətli detallar əldə edilib. Ümumi Təhlükəsizlik İdarəsi Kiber Cinayətlər Şöbəsinin Altıntaşın mobil telefonunun şifrəsini qırmaq üçün işlərini davam etdirdiyi deyilir. İstintaq prosesi zamanı qatilə aid kompüter araşdırmasında əhəmiyyətli bir məlumat aşkar edilib. Altıntaşın Karlovla yanaşı ABŞ-ın Ankaradakı səfiri Con Bassı da internetdə araşdırdığı məlum olub.

Bassı da hədəf aldığı iddia edilən sui-qəsdçinin Ankarada yerləşən rus və Amerika mədəniyyət dərnəklərini də internetdən araşdırdığı yayılan məlumatlar arasında yer alır. Milli.az mynet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31