Bərgüşad -Ucar mənzilində 10 km yol yenilənir

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Belə ki, Bərgüşad-Ucar mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Belə ki, Bərgüşad-Ucar mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 245 km dəmir yolu əsaslı təmir olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31