Qəzada ölən və yaralanan tələbələrin TAM SİYAHISI - YENİLƏNİB

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada xəsarət alanların hamısının şəxsiyyəti dəqiqləşdirilib. Mikroavtobusun yük maşınına çırpılması nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların adları bunlardır:

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada xəsarət alanların hamısının şəxsiyyəti dəqiqləşdirilib. Mikroavtobusun yük maşınına çırpılması nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların adları bunlardır:

Babayev Orxan

Mirzəyeva Mina

Qocayev Nicat

Cəfərova Aytən

Əsgərli Oqtay

Fərzəliyeva Xavər

Tağıyev Samir

Cəbiyev Əfsər

Manafov Bəybala

Kərimova Təranə

Həsənov Elgiz

Məmmədov Məhəmməd

Quluzadə Aytən

Baxışova İlahə

Əmani Abbas

Əliyev Elvin

Mürsəlzdə Aydan

4 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Onlardan Rəşad Canıyev xəstəxanada vəfat edib. 1 nəfər ambulator müalicəyə yazılıb. Emin Həmidov və Lalə Nəsibzadə isə reanimasiyaya yerləşdirilib. L.Nəsibzadə əməliyyat edilib, vəziyyəti kritikdir.

Qeyd edək ki, İmrahim Nəsibov və İbrahim Quliyev adlı iki tələbə hadisə yerində vəfat edib. Lent.az

***

Bakı-Sumqayıt yolunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların bəzilərinin adları məlum olub. Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölənlərdən biri 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

Bundan başqa, 2 nəfər - 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu və 1997-ci il təvəllüdlüHəmidov Emin Vaqif oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində daha iki nəfər - 1998-ci il təvəllüdlü Mürsəlov Aydın Zahid oğlu və 1997-ci il təvəllüdlü Tağıyev Samir Məhəd oğlu Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 21 yaralı var. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31