Ombudsmanın səlahiyyət müddəti bitib

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Olaylar” xəbər verir ki, artıq E.Süleymanovanın Ombudsman seçilməsinin 7 ili tamam olub. O, 2010-cu il martın 5-də Ombudsman seçilib. Milli Məclisin martın 7-də keçirilən iclasında isə E.Süleymanova Ombudsman kimi sonuncu illik hesabatını təqdim edib. 

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. "Olaylar" xəbər verir ki, artıq E.Süleymanovanın Ombudsman seçilməsinin 7 ili tamam olub. O, 2010-cu il martın 5-də Ombudsman seçilib. Milli Məclisin martın 7-də keçirilən iclasında isə E.Süleymanova Ombudsman kimi sonuncu illik hesabatını təqdim edib. 
Xatırladaq ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. Qanunvericiliyə əsasən müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31