8 martda hamilə qadını döyüb, yol kənarına atdılar - təcavüzdən son anda qurtuldu

Dünən 8 Mart - Beynəlxalq Qadınlar Günündə Türkiyədə təcavüzdən son anda qurtulan hamilə qadın döyülüb, yol kənarına atılıb. Qaziantepdə yaşayan S.G ötən gün Adanada yaşayan rəfiqəsigilə baş çəkib. Onlar axşam saatlarına qədər söhbətləşdikdən sonra S.G evinə getmək üçün avtovağzala yollanıb. 

Hamilə qadın avtobus gözləyən zaman avtomobillə olan 2 nəfər naməlum şəxs qadını zorla maşına mindiriblər. Onlar qadını zorlamaq istəyiblər. Lakin son anda fikirlərindən daşınıblar. Onlar 4 aylıq hamilə qadını döyüb, pullarını oğurlayıb, kimsəsiz məkana atıb, qaçıblar. Yoldan keçənlər qadını görüb, polisə xəbər veriblər. Qadını döyən şəxslərin kimliyi, hələ ki, məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Milli.az "Hürriyet"ə istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31