“Əli və Nino” Brüsseldə

Martın 8-də Avropa Parlamentində “Əli və Nino” filminin Avropada ilk təqdimatı olmuşdur. Qurban Səidin eyni adlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir. Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadiyanın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.

Martın 8-də Avropa Parlamentində "Əli və Nino" filminin Avropada ilk təqdimatı olmuşdur. Qurban Səidin eyni adlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir. Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadiyanın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.

Filmin təqdimat mərasimində Avropa Parlamentinin üzvü xanım Norika Nikolayi, Azərbaycan Respublikasının Belçikadakı səfiri cənab Fuad İsgəndərov, Gürcüstan Respublikasının Belçikadakı səfiri xanım Natali Sabanadze və Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin rəhbəri cənab Mark Vervilgen çıxış etmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31