Gündəm
Belçikada təhlükəsizlik tədbirləri gücləndirilir - SƏBƏB?
Belçikanın xarici işlər naziri Yan Yambon yerli hakimiyyət orqanlarını ölkənin türk sakinlərinin kütləvi mitinqlər keçirəcəyi təqdirdə lazımı təhlükəsizlik tədbirlərini təşkil etməyə çağırıb.
Siyasi gərginlik Türkiyə-Niderland iqtisadi əlaqələrinə təsir edəcəkmi?
Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərinə icazə verməməsi ilə iki ölkə arasındakı siyasi münasibətlərdə yaşanan gərginliyin 400 illik tarixi olan iqtisadi əlaqələrə nə dərəcədə təsir edəcəyi hər kəsin diqqət mərkəzindədir.
Hollandiya vətəndaşlarına xəbərdarlıq edildi
Niderland Krallığı yaşanan diplomatik qalmaqalla əlaqədar Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib. Krallıq Türkiyədə yaşayan Hollandiya vətəndaşlarını diqqətli olmağı çağırıb.
Türkiyə Niderlanda iki nota verib
Türkiyə Xarici İşlər NazirliyiNiderlanda iki nota verib. Notalar türkiyəli nazirlərə qarşı tətbiq edilən məhdudiyyətlər və dinc toplaşma hüququndan istifadə edən Türkiyə vətəndaşlarına qarşı pis rəftarla bağlıdır. Niderlandın Türkiyədəki müvəqqəti işlər vəkili 3-cü dəfə nazirliyə çağırılıb.
Azərbaycanda müasir təhsil standartlarının öyrənilməsi mövzusunda seminar keçirilib
Şərq Tədrisin İnkişafı Mərkəzi (ŞTİM) Azərbaycanda universitetlərdən məzun olacaq gənclərin müasir informasiya texnalogiyaları dövründə öz peşə fəaliyyətlərini daha uğurla icra etmələri və kariyeralarının düzgün planlamasında köməklik göstərilməsi məqsədiilə müxtəlif tədbirlər planlaşdırıb.
Güləşçilərimiz Türkiyədən 2 qızıl və 1 gümüş medalla qayıdır
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparıb. Güləşçilərimiz turniri 2 qızıl və 1 gümüş medalla başa vurub.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna maneəsiz çıxış təmin olunacaq
Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolu yenidən qurulur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Həmçinin yol boyu yaşayan vərəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. 4-cü texniki dərəcəyə uyğun yenidənqurulan Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 metr təşkil edir .
Yeni hərraca 158 dövlət əmlakı çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, 96 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib.
UNESCO-da Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya görüşü keçirilib
Parisdə UNESCO-nun baş qərargahında mayın 5-6–da Bakıda keçiriləcək Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumatlılığı gücləndirmək məqsədilə informasiya görüşü təşkil edilib.
"Bomj"u öldürən qadın: "VİNTAÇANLA VURDUM"
"Bomj"u qətlə yetirməkdə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid olan Məmməd Rüstəmovun ünvanını tapa bilmədiklərini bildiriblər. Hakim həmin şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib. Buna səbəb təqsirləndirilən Azad Mürsəlovun həmin şahidin dindirilməsində israrlı olması olub. Azad Mürsəlov qeyd edib ki, həmin şahid istintaq ifadəsində yalan danışıb:
İkardi "İnter"də 70 illik göstəricini yada saldı
İtaliya A Seriyasının 28-ci turunda "Atalanta"nı qəbul edən "İnter" 7:1 hesablı qələbə qazanıb. Bu oyunun 26-cı dəqiqəsində Mauro İkardi rəqibin qapısından 3-cü qolunu keçirib. Argentinalı forvard son 70 ildə "nerazzurri"nin ən tez het-trik edən futbolçusu olub. Bu baxımdna rekord 1947-ci il 26 oktyabrda 18 dəqiqə ərzində het-trik edən Benito Lorenziyə məxsusdur. Bu mövsüm 26 oyunda meydana çıxan İkardi 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Şahin Sultanova hökm oxunacaq tarix məlum oldu
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin cinayət işi üzrə elan olunacaq məhkəmə hökmünün vaxtı məlum olub. Təqsirləndirilən şəxs Ş.Sultanovun vəkili Telman Abdiyev Trend-ə açıqlamasında bildirib ki, iş üzrə məhəkəmə hökmü martın 17-də elan olunacaq: "Məhkəmə müşavirədədir və martın 17-də hökm elan olunacaq".
Musiqili Teatrda “Arşın mal alan”
Milli Teatr Günü Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri nümayiş olunub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tamaşanın nümayişindən öncə Dövlət Musiqili Teatrının əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edib. Çıxışında Azərbaycan teatr sənətinin keçdiyi 144 illik şərəfli yola qısaca nəzər salan V. Mühacirova bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan, gördüyü işlərdən söz açıb.
Vergilər Nazirliyində qanvermə aksiyası
vMart ayının 6-da vergi orqanlarında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyasına start verilib. Bu bardə nazirlikdən “Olaylar”a verilən məlumata görə, vergi orqanlarının əməkdaşları artıq ənənəyə çevrilmiş qanvermə aksiyalarında 11 ildir ki, fəal iştirak edirlər. Qanvermə aksiyasının ilk günündə Nazirliyin Aparatının struktur bölmələrinin 200 nəfərdən çox əməkdaşı iştirak edib. Aksiya Vergilər Nazirliyinin yerli strukturlarında mart ayının 14-dək davam etdiriləcək.
Fikrət Məmmədov Beyləqanda qəbul keçirəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 16-da Beyləqan rayonunda vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Beyləqan rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Beyləqan rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.














