Belçikada təhlükəsizlik tədbirləri gücləndirilir - SƏBƏB?

Belçikanın xarici işlər naziri Yan Yambon yerli hakimiyyət orqanlarını ölkənin türk sakinlərinin kütləvi mitinqlər keçirəcəyi təqdirdə lazımı təhlükəsizlik tədbirlərini təşkil etməyə çağırıb.

Belçikanın xarici işlər naziri Yan Yambon yerli hakimiyyət orqanlarını ölkənin türk sakinlərinin kütləvi mitinqlər keçirəcəyi təqdirdə lazımı təhlükəsizlik tədbirlərini təşkil etməyə çağırıb. Belçikalı nazir bu addımın Niderlandda baş verən hadisələrin təkrarlanmaması üçün atılmalı olduğunu deyib.

Qeyd edək ki, türkiyəli nazirlərin Niderlanda buraxılmaması ilə əlaqədar Rotterdam şəhərində polislə toqquşmalar qeydə alınmış, 12 nəfər saxlanılmışdı. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31