Yeni hərraca 158 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, 96 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən "Olaylar"a verilən məlumata görə, 96 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Şəki şəhəri, habelə Saatlı, Mingəçevir, Ucar, Şirvan, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakı şəhərində yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti, " Suraxanı rayonunda yerləşən Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası "Şirvan şəhərində yerləşən "Reduktorların təmiri sexi", Şəmkir rayonunda yerləşən "Şəmkir Balıq Zavodu kimi müəssisələr var. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalan 1-i isə Mingəçevir rayonunda yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 600 min manat start qiyməti ilə hərraca çıxarılıb. Bu dəfəki hərracda 20 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Azinterservis", "Bərdə kərpic", "Kürdəmir Kəndkimya Təchizat", "Bərdə Yun", "Tərtər Konserv", "Şəki Tikinti Quraşdırma" kimi səhmdar cəmiyyətlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31