Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna maneəsiz çıxış təmin olunacaq
Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolu yenidən qurulur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Həmçinin yol boyu yaşayan vərəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. 4-cü texniki dərəcəyə uyğun yenidənqurulan Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 metr təşkil edir .
13 Mart 2017 13:45 SosialKürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolu yenidən qurulur. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Həmçinin yol boyu yaşayan vərəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. 4-cü texniki dərəcəyə uyğun yenidənqurulan Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 metr təşkil edir .
Hazırda ərazidə 10 metr enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidənqurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 metr, çiyinlərin eni isə 2 metrtəşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq. Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.